QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
«UltrAslan» «Qarabağ»ın qələbəsinə dəstək oldu - FOTOLAR (cimbom.az)

Komandamız 10 nəfərlə möhtəşəm qələbə qazandı

"Qarabağ" Avropada növbəti uğurunu qazandı. Ötən gün Avropa Liqasının I təsnifat mərhələsi çərçivəində Makedoniyanın "Metallurq" klubunu qəbul edən komandamız meydandan darmadağınla ayrıldı.
Tofiq Bəhramov stadionunda keçirilən görüşdə hesab 25-ci dəqiqədə açıldı. Georgi Adamiyaya qarşı kobudluğa görə hakim penalti təyin etdi və topa yaxınlaşan milli komandamızın lideri Rəşad Sadıqov dəqiq zərbə ilə azarkeşləri sevindirdi. İkinci qol 45-ci dəqiqədə gəldi. Bu dəfə Əfran İsmayılov fərqləndi.
50-ci dəqiqədə komandamız azlıqda qaldı. Belə ki, hakim Admir Teliyə kobud oyuna görə qırmızı vərəqə göstərdi. "Qarabağ" 10 nəfərlə qalsa da, hücumlarını davam etdirdi və daha iki qol vurdu. 85-ci dəqiqədə Emin İmaməliyev uzaq məsafədən möhtəşəm qola imza atdı. 90+2-ci dəqiqədə isə Georgi Adamiya "Qarabağ"ın sonuncu qolunu rəqib qapısından keçirdi. Futbolçularımızın arxayınlaşmasından yararlanan makedoniyalılar son saniyələrdə təsəlli qoluna imza atdı. "Metallurq"un heyətində Marko Simonovski fərqləndi.
Həmişə klublarımıza və yığmamıza beynəlxalq oyunlarda dəstək verən "UltrAslan-Azərbaycan" dərnəyi bu dəfə ənənəsinə sadiq qaldı. Həmişəki kimi 13-cü sektorda yerini tutan fan-klub üzvləri 90 dəqiqə dayanmadan "Qarabağ"ı qələbəyə səslədi.