QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"QARABAĞ"DAN 10 NƏFƏRLƏ MÖHTƏŞƏM QƏLƏBƏ (supersport.az)

supersport.Az-ın məlumatına görə, Avropa Liqasının birinci təsnifat mərhələsində "Qarabağ" ilk oyununda Makedoniyanın "Metallurq" klubuna futbol dərsi keçdi.

 “Qarabağ” (Azərbaycan) – “Metallurq” (Makedoniya) - 4:1

Hakimlər: İŞTVAN KOVAÇ, Mikloş İştvan Naqi, Radu Adrian Stefan Qinquleak, Ovidiu Alin Hateqan (hamısı Rumıniya).
Hakim-inspektor: Rocer Qifford (Uels).
UEFA nümayəndəsi: Patrik Uattebled (Fransa).

QARABAĞ: 1. Fərhad Vəliyev, 4. Zaur Həşimov, 8. Aslan Kərimov (k), 22. Əfran İsmayılov, 14. Rəşad Sadıqov, 24. Admir Teli, 25. Ansi Aqolli, 9. Elvin Məmmədov (55.Samir Abbasov), 6. Rəşad Sadiqov, 11. Rauf Əliyev, 77. Georgi Adamiya.

METALLURQ: 1. Yordan Georgievski, 4. Ertan Demiri, 5. İqor Kralevski, 6. Milan İlievski, 9. Yovan Kostovski, 10. Milan Dyuriç, 18. Bojan Mihayloviç, 20. Mile Kristev, 21. Mile Petkovski, 24. Aleksandr Tenekedziyev, 28. Miroslav Vays (k).

Oyun başladı.

3. Makedoniyalıların hücumu təhlükəli oldu. Künc zərbəsindən sonrakı zərbəsi birbaşa qapıya getsə də, son anda Elvin Məmmədov topu qapı xəttindən çıxardı.

15. Adamiyanın uzaqdan zərbəsi qapıdan aralı keçdi.

17. Aslan hesabı açmağa yaxın oldu. Ancaq onun güclü zərbəsini qapıçı son anda qaytara bildi. 

20. Elvinin təhlükəli zərbəsini qapıçı son anda kornerə çıxardı.

22. Qonaqların əks-hücumu zamanı Milan Dyuriçin zərbəsi qapıdan azca yan keçdi.

24. Adamiya cərimə meydançasına daxil olarkən rəqib müdafiəçi onu yıxdı. Hakim penalti təyin etdi.

24. Rəşad Sadıqov penalti zərbəsi Qooooooooooooooooooooooooooooooooooooool!!!!!!!!!!! 

32. Admir Teli sarı vərəqəylə cəzalandı.

34. Adamiya rəqibi əks-hücumda yaxalasa da, son anda topu itirdi.

36. Vaysın künc zərbəsindən sonra yaxın məsafədən başla dəqiqə zərbəsi zamanı Vəliyev topa yiyələndi.

43. Adamiya uzaqdan güclü zərbə qeyri-dəqiq zərbə.
45. Əfran İsmayılov qapıçının irəli çıxmasından lazımınca yaralandı. Topu onun başı üzərindən qapıya göndərdi. Qooooooooooool!!!!!!!!!!!
Fasilə...
İkinci hissə başladı.

51. Admir Teli kobud oyuna görə birbaşa qırmızı vərəqə aldı. Bununla "Qarabağ"ı pis vəziyyətdə qoydu.   

54. Yovan Kostovski Fərhadla təkbətək qalsa da, qapıçımız qola imkan vermədi.

55. Qurban Qubanovdan məcburi dəyişiklik. Elvin Məmmədov Samir Abbasovla əvəzləndi. 

58. Milenin zərbəsi təhlükəli alınsa da, top qapının üstündən keçdi. Növbəti hücumda Fərhad yaxşı oynadı. Daha sonra qeyri-dəqiq zərbə oldu. 

65. Milan İlievski çıxdı, Boqdanovski meydana daxil oldu.  

65. Aslan Kərimovu Namiq Yusifov əvəz etdi.

67. Yovan Kostovski Fərhadla dueldən qalib ayrıla bilmədi. Ardından Rəşad Sadıqovu topu boş qapıdan çıxardı.  

72. Milanın zərbəsini Fərhad məharətlə dəf etdi.

73. Rəşad Sadiqov sarı vərəqə aldı.  

75. Fərhad möhtəşəmdir! O, bu dəfə Milenin güclü zərbəsini qaytardı.  

75. Ardından Aleksandr Tenekedziyevin təkbətəki zamanı Fərhad yenə əla oynadı.

76. Əfran İsmayılovu Emin İmaməliyev əvəzlədi.  

79. Petkoviç Smanovski ilə əvəz olundu.

82. Emin İmaməliyevin ötürməsi zamanı Rauf Əliyev qapıçı ilə təkbətək qalsa da, oyundankənar vəziyyət qeydə alındı. 

83. Adamiya sarı vərəqə aldı. 

83. Vaysın baş zərbəsi qapının üstündən keçdi. 

84. Qoool! Emin İmaməliyevdən 35 metr məsafədən möhtəşəm qoooooooooooooool!!!!!!!!!! 

90+1. Qoooooooooooooool! Adamiya.  

90+2. "Metallurq" qollardan birinin əvəzini çıxdı. Smakovski fərqləndi.

Oyun bitdi.