QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” səfərdən şərəflə dönür (qol.az)

 

Bu gün UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Cari mövsümdə Unibank Premyer Liqasının bürünc medallarını qazanaraq bu yarışda iştirak etmək hüququ əldə etmiş “Qarabağ” bu dəfə “Metallurq”la Makedoniayada münasibətlərinə aydınlıq gətirib. İlk oyunda doğma meydanda bu rəqibi üzərində inamlı qələbə qazanan təmsilçimizin cavab oyununda da sərfəli nəticə əldə edə bilib.

Avropa Liqası
Birinci təsnifat mərhələsi (cavab oyunu)

20:00. “Metallurq” (Makedoniya) – “Qarabağ” (Azərbaycan) - 1:1

Skopye. İkinci Filip adına Milli stadion.
Baş hakim: Andrey Şandor (Ukrayna).
İlk oyun: 1:4

"Metalurq": 12.Nokov Trajhce, 5. İgor Kralevski, 28.Oslav Vayşmir, 22.Blagojche Damevski, 21.Skimile Pektov, 4.Ertan Demiri, 11.Vasko Mitrov, 20.Mile Kristev, 10.Milan Duriç, 8.marko Kostençovski, 9.Jovan Kostovski.

"Qarabağ": 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 4.Zaur Həşimov, 5.Maksim Medvedyev, 6.Rəşad Sadiqov, 7.Namiq Yusifov, 10.Emin İmaməliyev, 13.Samir Abasov, 14.Rəşad Sadıqov, 22.Əfran İsmayılov, 77.George Adamiya.

Azərbaycan telekanalları pis ənənəsinə sadiq qalaraq bu mühüm oyunu nümayış etdirmir.

***

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ilk oyunla müqayisədə kapitan Aslan Kərimov, eyni zamanda Elvin Məmmədov və Rauf Əliyevi eytiyatda saxlayıb, əvəzində avroliqada 18 yaşlı Qara Qarayevə debüt etmək şansı verib. 4-lü müdafiənin önündə 2 müdafiəyə meylli yarımmüdafiəçi – Namiq Yusifov və Samir Abbasov rəqibin hücumlarının qarşısını almağa çalışacaq. Adamiyanı hücumda topla Rəşad Sadiqov təmin etməlidir. Əfran və Emin isə cinahlardan hücumun kəsərini artırmağa çalışacaqlar...

 

***

Oyuna komandamız başlayır. UĞURLAR "QARABAĞ"!

 

5. İlk təhlükə rəqibdən gəlir. Fərhadın topu əlində saxlaya bilməməsi qapımız qarşısında az qala böyük təhlükə yaradacaqdı...


9. Ev tapşırığının qarşısını Rəşad Sadıqov ala bildi...

 

12. Oyunda ilk künc zərbəsini "Qarabağ" yerinə yetirdi, amma istəyinə çata bilmədi..

16.  Meydanın mərkəzində əllə oyuna görə Milan Djuric sarı vərəqə ilə cəzalandırıldı…

17. Əfran – Adamiya paslaşması sonda qeyri dəqiq zərbəsi ilə başa çatdı.

18. Qara Qarayevin yandan asmasına zərbə vuran tapılmadı.

19. Samir Abbasov cərimə xətti yaxınlığında rəqib hücumçuya qarşı kobud oynadı. Zərbə təhlükəli olsa da, qapıdan aralı keçdi…

Meydan sahibləri qələbə qazanmaq üçün dəridən-qabıqdan çıxırlar. Amma bu hesab "Qarabağ"ı tam qane edir.. Umid edək ki, matçın sonunda da tablodakı bizim istədiyimiz kimi olsun. Hər halda, "Qarabağ" buna qadirdir.

21. Meydanın mərkəzində Rəşad, Emin  və Əfran çox fəaldırlar…

22. Rəşada qarşı kobud oynadılar. 35 metrlik məsafədən Sadıqovun zərbəsi qapıçıya problem yaratmadı…

24. İlk real qol vəziyyətini "Qarabağ" yaratdı. Rəşad Sadıqovun yandan asması rəqibin 11 nömrəli futbolçusuna dəyib az qala qapıya daxil olacaqdı…

25. Meydan sahiblərinin cavabı özünü gözlətmədi. Jovan Kostovskinin baş zərbəsi çox təhlükəli alındı…

28.  Adamiya rəqibin 2 oyunçusunu məharətlə keçdi. Bu tamaşaçıların alqışına səbəb oldu..
Bu dəqiqələrdə Əfran – Adamiya cütlüyü rəqibə çətin anlar yaşadır..

33. Eminin arakəsmə ötürməsinə Adamiya santimetrlərlə toxuna bilmədi..

42. Bu dəqiqələrdə topa daha çox "Qarabağ" nəzarət edir.

Fasilə

İkinci hissə

46. Meydan sahibləri matça fəal başlayırlar. Kostenovskinin cərimə zərbəsindən vurduğu topu Fərhad dəf edir. 

49. Əfran künc zərbəsi yaxınlığında 3 oyunçunu arxada qoyur və künc zərbəsi qazanır…

51. Meydan sahibləri mərkəzdə ötürmələr etsələr də, qapımız qarşısına yaxınlaşa bilmirlər və tez-tez sadə səhvlərə yol verirlər.

61. Qara Qarayev sarı vərəqə ilə cəzalandırılır.

64. Sürətli əks hücumda Adamiyaya qarşı kobudluq edilir. Hakim bu oyuna göz yumur… 

69. QOOLLLLLLLLLL!!! EMİN İMAMƏLİYEV HESABI AÇIR - 0:1. BRAVO EMİN!!!

76. Rəqib hesabı bərabərləşdirir. Mile Kristevin təhlükəli olmayan zərbəsini qapıçımız dəf etməyə çalışsa da, qapı dirəyinə dəyən top tora daxil oldu…- 1:1.

Amma "Qarabağ"ın növbəti mərhələyə yüksəlmək şansı həddən artıq çoxdur. "Metallurq" "Qarabağ"ı dayandırmaq üçün bundan sonra daha 4 qol vurmalıdır.  

83. Vüqar Nadirov Adamiyanın əvəzinə meydana daxil olur.

85. Elvin Məmmədov Əfran İsmayılovu əvəzləyir.

89. Aslan Kərimov Namiq Yusifovun əvəzinə meydana daxil olur.

Oyunda son dəqiqələr gedir. "Qarabağ" artıq növbəti mərhələdədir.

Oyun başa çatdı!!!

"Qarabağ" növbəti mərhələdə! TƏBRİKLƏR!!!