QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
«Qarabağ»ın ilk qurbanı: «Metallurq» (fanat.az)

Komandamız Makedoniyadan məğlub olmadan dönür

Fanat: Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarına start verildi. Qitə arenalarında baş tutan 26 qarşılaşmadan ikisinin iştirakçıları Azərbaycan klubları oldu.
"Qarabağ" səfərdə "Metallurq"la qarşılaşdı. İlk oyunda 4:1 hesablı qələbə qazanan Ağdam klubu səfər oyununa rahat çıxmışdı. Bu oyunda komandamıza mərhələ adlamaq üçün istənilən hesablı qələbə və heç-heçə, həmçinin iki top fərqli məğlubiyyət də sərf edirdi.
"Qarabağ" meydana üstün çıxsa da, ilk qol komandamızdan gəldi. 69-cu dəqiqədə Emin İmaməliyev gözəl qola imza atdı. Lakin "Qarabağ" üstünlüyünü qoruya bilmədi. 80-ci dəqiqədə Mile Krstev bərabərliyi təmin etdi. Beləliklə, "Qarabağ" Avropa Liqasının II təsnifat mərhələsinə vəsiqə qazandı.

UEFA Avropa Liqsı. I təsnifat mərhələsi. Cavab oyunu

Metallurq (Makedoniya)

1:1

Qarabağ (Azərbaycan)

12 

Trayke Nikov

1

Fərhad Vəliyev

4

Ertan Demiri

2

Qara Qarayev

5

İqor Kralevski

4

Zaur Həşimov

8

Marko Kostenkovski

5

Maksim Medvedev

9

15

Yovan Kostovski

Marko Simonovski, 72``

6

Rəşad Sadiqov

10

18

Milan Duriç

Bojan Mixayloviç, 84``

7

8

Namiq Yusifov

Aslan Kərimov, 88``

11

24

Vasko Mitrev

Aleksandr Tenekedjiyev, 46``

10

Emin İmaməliyev

20

Mile Krstev

13

Samir Abbasov

21

Mile Petkovski

14

Rəşad Sadıqov

22

Blaqoyçe Damevski

22

Əfran İsmayılov

Elvin Məmmədov, 85``

28

Miroslav Vays

77

17

Georgi Adamiya

Vüqar Nadirov, 83``

Ehtiyat oyunçular

Ehtiyat oyunçular

25

Andrey Efremov

12

Sahil Kərimov

3

Qoran Boqdanoviç

3

Aftandil Hacıyev

6

Milan İlievski

11

Rauf Əliyev

19

Ninoslav Dodevski

23

Tural İsgəndərov

Baş məşqçi: Jikitsa Tasevski

Baş məşqçi: Qurban Qurbanov

Qollar:

Mile Krstev, 80 - Emin İmaməliyev, 69

Sari vərəqə:

Milan Duriç, 17. İqor Kralevski, 82 - Qara Qarayev, 62

Hakimlər:

ANDREY ŞANDOR, Vitaliy Ponomaryov, Viktor Kravcenko, Yuriy Mozarovskiy (Ukrayna)

Hakim-inspektor:

Vladimir Hrinak (Slovakiya)

UEFA nümayəndəsi:

Karmelo Bartolo (Malta)

Skopye. "Filip II Arena". Saat 20.00 (Bakı vaxtı).

F.T: Və bitdi. "Qarabağ" mərhələ adladı

90 - Vüqar Nadirov qapıya dəqiq zərbə vura bilmədi

88 - Aslan Kərimov Namiq Yusifovu əvəzlədi

85 - Qurban Qurbanov daha bir dəyişiklik etdi. Elvin Məmmədov Əfran İsmayılovun yerinə meydana çıxdı

84 - Bojan Mixayloviç Milan Duriçi əvəzlədi

83 - Vüqar Nadirov meydana çıxdı. O, Georgi Adamiyanı əvəzlədi

82 - Kralevski sarı vərəqə aldı

80 - Təəssüf ki, "Metallurq" hesabı bərabərləşdirdi. Mile Krstev fərqləndi. Fərhad Vəliyev uzaqdan qapıya zərbənin qarşısını ala bilmədi

72 - Marko Simonovski Yovan Kostovskini əvəzlədi

69 - Əfran İsmayılovdan ötürmə alan Adamiya topu Emin İmaməliyevə ötürmə verdi. Sonuncu topu saxlamadan sol küncə göndərdi

69 - EMİN İMAMƏLİYEVVVVVVVVVVVVVVVVVVVVVVVVVVVVVVVVVVVVVVVV

69 - QOOOOOOOOOLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLL

64 - Sürətli əks hücumda Adamiyaya qarşı kobud oyuna hakim göz yumdu

62 - Hakim  Qara Qarayevə sarı vərəqə göstərdi

61 - Əfran İsmayılov gözəl imkanı boşa verdi. Rəqib müdafiəçi səhvə yol verdi. Lakin Əfran topu qapıya göndərə bilmədi

59 - Emin İmamaliyev təhlükəli nöqtədə olan Əfran İsmayılova dəqiq ötürmə verə bilmədi

57 - Kostenkovskinin zərbəsi təhlükəli olsa da, nəticə dəyimşmədi

51 - Samir Abbasov əlverişli vəziyyətdə topa dəqiq zərbə vura bilmədi

50 - Əfran İsmayılov iki rəqibini keçsə də, qapıya dəqiq zərbə vura bilmədi

46 - Kostenovskinin təhlükəli zərbəsini F?rhad Vəliyev dəf etdi

46 - "Metallurq"un heyətində dəyişiklik edildi. Aleksandr Tenekedjiyev Vasko Mitrevi əvəzlədi

46 - İkinci hissə başladı

H.T: İlk yarı bitdi

45 - İndi "Qarabağ" hesabı aça bilərdi. Rəqib müdafiəçi cərimə meydançasında topu itirdi. Amma Adamiya vaxtında zərbə vura bilmədi

41 - Əfran İsmayılovun qapı qarşısına qaldırdığı topa Zaur Həşimov çata bilmədi

40 - Namiq Yusifov Krstevə qarşı kobud oynadı və hakim cərimə zərbəsi təyin etdi

38 - "Qarabag" diqqətli oynayır və səhvə yol vermir. Komandamız oyunun tempini aşağı salmağa çalışır

34 - Mitrev rəşad Sadıqovla toqquşmadan sonra yerdə qaldı. Rəqib futbolçu həkimlərin müdaxiləsindən sonra ayağa qalxdı

33 - Emin İmaməliyevin arakəsmə ötürməsinə Adamiya santimetrlərlə toxuna bilmədi

28 - Adamiya rəqibin 2 oyunçusunu məharətlə keçdi. Bu tamaşaçıların alqışına səbəb oldu

25 - Əfran İsmayılovun zərbəsi təhlükəli oldu

25 - Qonaqların cavabı özünü gözlətmədi. Jovan Kostovskinin baş zərbəsi çox təhlükəli alındı

25 - İlk real qol vəziyyətini "Qarabağ" yaratdı. Rəşad Sadıqovun yandan asması rəqibin 11 nömrəli futbolçusundan az qala qapıya daxil olacaqdı

24 - Kralevski Adamiyanın zərbəsinin hədəfə getməsinə imkan vermədi

20 - Makedoniyalılar cərimə zərbəsi qazandı. Krstevin zərbəi qeyri-dəqiq oldu

19 - Samir Abbasov cərimə xətti yaxınlığında rəqib hücumçuya qarşı kobud oynadı. Zərbə təhlükəli olsa da qapıdan aralı keçdi

18 - Qara Qarayevin yandan asmasına zərbə vuran tapılmadı

17 - Əfran-Adamiya paslaşması sonda qeyri dəqiq zərbəsi ilə başa çatdı

17 - Hakim Duriçi sarı vərəqə ilə cəzalandırdı. Bu matçda göstərilən ilk vərəqə oldu

16 - Duriçin zərbəsindən sonra top kornerə çıxdı

12 - Makedoniyalılar növbəti əlverişli vəziyyəti boşa verdi

7 - Damevski cərimə zərbəsini dəqiq yerinə yetirə bilmədi

7 - Qara Qarayev Kostovskinin qapıya yaxınlaşmasına imkan vermədi

6 - İndi "Metallurq" az qala hesabı açacaqdı. Kralevskinin zərbəsi zamanı Fərhad Vəliyev topu əlindən buraxdı. Yaxşı ki, top qapıya daxil olmadı

5 - Kralevski Georgi Adamiyaya qarşı kobud oynadı və "Qarabağ" cərimə zərbəsi qazandı. Lakin nəticə dəyişmədi

3 - Makedoniyalılar hücumu davam etdirdi. Lakin yenə nəticə olmadı

3 - Kralevskinin zərəbsi hədəfdən yayınd

2 - Duriçin zərbəçi küncə çıxdı

1 - Matç başladı

M.Ö: Qurban Qurbanov gözlənildiyi kimi qara Admir Teli və Ansi Aqollinin əvəzinə Qara Qarayev və Zaur Həşimovla əvəzləyib. Baş məşqçi gözlənilənlərin əksinə olaraq sarı vərəqəsi olan Rəşad Sadiqovla Georgi Adamiyanı ehtiyata göndərməyərək, start heyətinə daxil edib. Əvəzində Elvin Məmmədovla Rauf Əliyev ehtiyatda qalıb

M.Ö: "Qarabağ" meydana üç itki ilə çıxacaq. İlk oyunda qırmızı vərəqə alan Admir Teli, məşqdə zədələnən Ansi Aqolli və digər zədəli Ayxan Abbasov Makedoniyaya aparılmayıb.

M.Ö: Bu komandalar arasında Bakıda keçirilən ilk oyun "Qarabağ"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın qollarına Rəşad Sadıqov, Əfran İsmayılov, Emin İmaməliyev və Georgi Adamiya imza atıb. Rəqibin heyətində Marko Simonovski fərqlənib. Admir Teli həmin oyunda qırmızı vərəqə alıb.

M.Ö: "Qarabağ" 4 mövsüm UEFA Kubokunda (indiki Avropa Liqası) iştirak edib. İlk dəfə 1997/1998 mövsümündə ikinci  dərəcəli klub turnirində iştirak edən ağdamlılar Çexiyanın "Yablonets" klubuna iki oyunda 0:8 hesabı ilə yenilib - 0:5, 0:3.
2004/2005 mövsümündə "Qarabağ"ın rəqibi Slovakiyanın "Dukla" klubu olub. Yenə hər iki oyun məğlubiyyətlə yekunlaşıb - 0:3, 0:1.
2006/2007 mövsümündə "Qarabağ" şansını son anda əldən verib. Belə ki, Moldovanın "Zimbru" klubu ilə hər iki oyun 1:1 hesabı ilə yukunlaşıb və moldovalılar əlavə vaxtda bir qol vuraraq mərhələ adlayıb.
"Qarabağ" Avropada ən uğurlu çıxışını ötən mövsüm göstərib. II təsnifat mərhələsində güclü "Rusenborq"u mübarizədən kənarlaşdıran (0:0, 1:0) Qurban Qurbanovun yetirmələri, III mərhələdə "Honka"nı (Finlandiya, 1:0, 2:1) sıradan çıxardı. Komandamızın qrup mərhələsinə gedən yolunu isə sonradan Hollandiya çempionu olan "Tvente" kəsdi. Hollandiyadakı oyunda 1:3 hesabı ilə yenilən ağdamlılar evdə rəqiblə sülh bağladı - 0:0.

M.Ö: "Qarabağ" avrokuboklarda mərhələ adlayan ilk klubumuz kimi də tarixə düşüb. Belə ki, 1999/2000 mövsümündə İntertoto Kubokuna qatılan ağdamlılar I mərhələdə "Makkabi" ilə qarşılaşıb və səfərdə 2:1 hesablı qələbə qazanıb. Evdə 0:1 hesablı məğlubiyyətə baxmayaraq, "Qarabağ" II mərhələyə adlayıb. İkinci mərhələdə isə Fransanın "Monpelye" klubu ilə oyunun nəticələri rusvayçı olub. Evdə 0:3, səfərdə 0:6 hesablı məğlubiyyət.

Matçdan Öncə: "Qarabağ" indiyədək avrokuboklarda 21 oyun keçirib. İlk dəfə 1996/1997 mövsümündə Kuboklar Kubokuna qatılan ağdamlıların rəqibi Finlandiyanın "MüPA-47" klubu ilə. Bakıdakı oyundan 0:1 hesablı məğlubiyyələ ayrılan "Qarabağ" səfər oyununda qələbəni son anda əldən verib - 1:1. Bununla Ağdam klubu avrokuboklarda səfər oyununda xal qazanan ilk klubumuz olub.
"Qarabağ" 1998/1999 mövsümündə də Kuboklar Kubokunda iştirak edib. Bu dəfə nəticə daha ağır olub. İlk oyunda "Kopenhagen"ə 0:6 hesabı ilə yenilən ağdamlılar darmadağından qaça bilməyib - 0:4.

 

0