QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qafqazın Barselona"sı vətənə döndü (fanat.az)

"Qarabağ" Şimali İrlandiyadan Çexiyaya, oradan isə Bakıya uçdu

Fanat: Avropa Liqasının ikinci təsnifat mərhələsində səfərdə Şimali İrlandiyanın "Portadaun" klubuna 2:1 hesabı ilə qalib gələn "Qarabağ" vətənə dönüb. Fanat.az xəbər verir ki, komandamızı vətənə gətirən təyyarə bir qədər öncə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.
Komanda oyunun keçirildiyi Portadaun şəhərindən Şimali İrlandiyanın mərkəzi şəhəri olan Belfasta "Partadaun"un ayırdığı avtobusla gəliblər. "Qarabağ" Belfastdan təyyarə ilə Çexiyaya, oradan isə Bakıya gəlib.