QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Əmrah Çəlikəl: «Britaniyalı azarkeşlər düz beş dəqiqə ayaqüstə «Qarabağ»ı alqışladılar» (qol.az)

"Komandamız bu gün çox gözəl oynadı. Sevincimdən söz tapa bilmirəm. Hamını, bütün «Qarabağ»sevərləri, Azərbaycan xalqını bu qələbə münasibətilə təbrik edirəm». Hazırda Şimali İrlandiyada olan «Qarabağ» klubunun direktoru Əmrah Çəlikəl komandalarının bugünkü qələbəsindən sonra Qol.Az-a açıqlamasında belə deyib
«Qarabağ» Avropa Liqasının ikinci təsifat mərhələsinin ilk oyununda az öncə səfərdə «Portadaun»a 2:1 hesabı ilə qalib gəlib.
«Qarabağ» parlaq oyun nümayiş etdirdi. Təsadüfi deyil ki, yerli azarkeşlər komandalarının uduzmasına baxmayaraq, rəqib olan «Qarabağ»ı düz beş dəqiqə ayaqüstə alqışladılar. Bu qələbə bizim üçün, Azərbaycan futbolu üçün növbəti böyük uğurdur. Biz Şimali İrlandiyaya çox ağır şərtlər altında gəlmişdik. Amma sağ olsun futbolçularımız, məşqçilər heyəti, vətənə başıuca qayıtmağı bacardılar».
Əmrah Çəlikəl «Qarabağ»ın oyuna tam nəzarət etdiyini desə də, hələ indidən növbəti mərhələyə çıxmaq haqda danışmağın tez olduğunu da söyləyib: «Biz təkrar qarşılaşmadan sonra daha rahat danışa bilərik. Cavab matçı bugünkü oyundan daha çətin olacaq. Biz nə qədər favorit göstərilsək də, rəqib bir o qədər çətin və təcrübəli komandadı. Fiziki cəhətdən çox güclüdürdər».