QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Əfran İsmayılov Avropanın ən sərrast 8 futbolçusu arasında! (apasport.az)
Avropa Liqasının ən məhsuldar futbolçularının siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, turnirin ilk iki təsnifat mərhələsindən sonra cəmi 8 futbolçu 4 və daha çox qol vurmağı bacarıb.

Onlardan biri Makedoniyanın “Rabotniçki” klubunda çıxış edən Fabio Silva hamıdan çox 5 qol vurub. Onun ən yaxın izləyici olan 7 futbolçu isə hərəyə 4 dəfə fərqləniblər. Elə “Qarabağ”ın bombardiri Əfran İsmayılov da liderdən 1 qol geri qalanların siyahısındadır.

Digər futbolçularla müqayisədə daha çox oynadığı üçün 22 yaşlı yarımmüdafiəçi 8-ci pillədə qərarlaşıb.

yer

futbolçu

klubu

qol

Oynadığı dəqiqələr

1

Fabio Silva

“Rabotniçki” (Makedoniya)

5

195

2

İlari Äiyyala

“MüPA-47” (Finlandiya)

4

270

3

Vladimir Yurçenko

“Dnepr” (Belarus)

4

270

4

Jaba Dvali

“Zestafoni” (Gürcüstan)

4

286

5

İqor Krivobok

“Torpedo” (Belarus)

4

297

6

Vandeir

“Rabotniçki” (Makedoniya)

4

326

7

Kyartan Henri Finnboqason

“Reykyavik” (İslandiya)

4

337

8

Əfran İsmayılov

“Qarabağ” (Azərbaycan)

4

342