QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
«Qarabağ» yeni mövsümdə ev oyunlarını Bakıda keçirəcək (qol.az)

«Qarabağ» klubu yeni mövsümdən ev oyunlarını Ağdamın Quzanlı qəsəbəsi stadionunda deyil, Bakıdakı Tofiq İsmayılov adına Suraxanı qəsəbəsi stadionunda keçirəcək. Qol.Az-ın xəbərinə görə, bu haqda jurnalistlərə klubun direktoru Əmrah Çəlikəl məlumat verib. O bildirib ki, buna səbəb Quzanlı stadionunun ot örtüyündə yaranmış problemlərdir: «Yaxın vaxtlarda stadionun ot örtüyü tamamilə dəyişdiriləcək. Bundan başqa, yerli icra hakimiyyəti stadionda tribunaların sayının artırılmasını da planlışdırır».
Ə.Çəlikəl yeni mövsümdə azarkeşlərin Suraxanı qəsəbəsi stadionuna daha çox cəlb edilməsi üçün fan-klublar səviyyəsində iş aparılacağını da vurğulayıb: «Biz inanırıq ki, Suraxanı stadionda bizi dəstəkləyən azarkeşlərin sayı əvvəlki illərdən qat-qat çox olacaq». 

 

«Qarabağ» yeni mövsümdə ev oyunlarını Bakıda keçirəcək