QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Tahir Gözəl: "Ora stadion tikmək üçün əlverişli ərazidir" (fanat.az)

 

Fanat: "Qarabağ" stadion tikmək üçün boş ərazi tapıb. Fanat.az xəbər verir ki, bu barədə klubun rəhbəri Tahir Gözəl jurnalistlərə məlumat verib.
"Bir ərazi tapmışam. Düşünürəm ki, həmin yerdə stadion tikə bilərik. İndi həmin ərazinin harada yerləşdiyini demək istəmirəm. Düşünürəm ki, ora stadion tikmək üçün əlverişlidir. Azarkeşlərin ora getməsi üçün də rahat şərait var. Sağ olsun, bir nəfər bu ərazinin alınması üçün bizə yardım edir", deyə Tahir bəy bildirib.
Klub rəhbəri komandanın baş direktoru Əmrah Çəlikəl işlərin sürətləndirilməsi ilə bağlı tapşırıq da verib.