QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qisas günü: Polşa «Qara Bağ»ladı! (fanat.az)

«Qafqazın Barselonası» Avropada zəfər yürüşünü davam etdirir

Fanat: "Qarabağ"ın Avropada zəfər yürüşü davam edir. Makedoniya "Metallurq"unu, Şimali İrlandiya "Portadaun"unu mübarizədən kənarlaşdıran komandamız növəti uğuruna Polşa komandası üzərində qələbə qazanmaqla imza atdı.
Səfərdə "Visla"nı Vüqar Nadirovun yeganə qolu ilə yenən Qurban Qurbanovun yetirmələri evdə daha böyük hesablı qələbə qazana bilərdi. Qarşılaşmanın ilk dəqiqələrində bir neçə qol imkanını boşa verən "Qarabağ" 28-ci dəqiqədə coşdu və 7 dəqiqəyə üç qol vurdu. İlk qol Əfran İsmayılovdan gəldi. Gənc futbolçu bu mövsüm Avropa Liqasında 5-ci qoluna imza atdı. 33-cü dəqiqədə Rauf Əliyev fərqləndi. İki dəqiqə sonra isə Rauf Əliyev üçüncü qolu rəqib qapısından keçirdi. İkinci yarıda arxayınlaşan "Qarabağ" qapısında iki qol gördü. Əvvəlcə Pavel Brojek, ardınca Rafael Boquski fərqləndi.
"Qarabağ" bu oyunda möhtəşəm azarkeş dəstəyini arxasında hiss etdi. Başda "UltrAslan-Azərbaycan" dərnəyinin başqanı Ceyhun Əzizli olmaqla mərkəzi arenaya toplaşan 30 mindən artıq insan 90 dəqiqə susmadan "Qarabağ"ı zəfərə daşıdı. "Qarabağ"da bunun qarşılığını gözəl oyun və gözəl qələbə ilə verdi. Təşəkkürlər "Qarabağ"! Təşəkkürlər Qurban Qurbanov! Təşəkkürlər uşaqlar!!!

Avropa Liqası. III təsnifat mərhələsi. Cavab oyunu.

Qarabağ (Azərbaycan)

3:2

Visla (Polşa)

1

Fərhad Vəliyev

1

Milan Yovaniç

5

Maksim Medvedev

7

Radoslav Sobolevski (k)

6

Rəşad Sadiqov

8

Petr Brojek

11

17

Rauf Əliyev

Vüqar Nadirov, 60``

9

Rafal Boquski

13

Samir Abbasov

13

23

Draqan Paljiç

Pavel Brojek, 46``

14

Rəşad Sadıqov

15

Junior Dias

22

Əfran İsmayılov

16

28

Tomas Yirsak

Cezari Vilk, 46``

24

Admir Teli

19

11

Patrik Maleçki

Voykek Lobodzinski, 80``

25

Ansi Aqolli

22

Eik Tsikos

31

10

Andreys Rubins

Emin İmaməliyev, 87``

24

Mateuş Kovalski

77

8

Georgi Adamiya

Aslan Kərimov, 81``

79

Maçey Juravski

Ehtiyat oyunçular

Ehtiyat oyunçular

12

Sahil Kərimov

81

Maris Pavelek

4

Zaur Həşimov

10

Lukaş Qarqula

7

Namiq Yusifov

17

Andsas Krim

9

Elvin Məmmədov

20

Peter Sinqlar

Baş məşqçi: Qurban Qurbanov

Baş məşqçi: Henrik Kaspeçak

Qollar:

Əfran İsmayılov, 28. Rauf Əliyev, 33. Rəşad Sadiqov, 35 - Pavel Brojek, 56. Rafal Boquski, 88

Sarı vərəqələr:

Maçey Juravski, 65. Patrik Maleçki, 73

Hakimlər:

Bülənt Yıldırım, Mustafa Emre Eyisoy, Cem Satman, Hakan Ceylan (Türkiyə)

Hakim-inspektor

Volfqanq Sova (Avstriya)

UEFA nümayəndəsi:

Zvi Rosen (İsrail)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21.00

F.T: Və bitdi. "Qarabağ" yenə tarix yazdı. "Qarabağ" Polşa sindromunu qırdı. İlk dəfə Azərbaycan klubu polşalıları mübarizədən kənarlaşdırdı. Təşəkkürlər "Qarabağ"!

88 - Yenə müdafiəçilərin səhvi və yenə gözlənilməz qol. Rafal Boquski fərqləndi

87 - Andreys Rubins meydanı tərk etdi. Onu Emin İmaməliyev əvəzlədi

85 - Andreys Rubinsin sol cinahdan asmasına baş zərbəsi endirən Vüqar Nadirov boş qapını dəqiq nişan ala bilmədi

81 - Georgi Adamiyanı Aslan Kərimov əvəzlədi

81 - Maçey Juravskinin zərbəsini Fərhad Vəliyev dəf etdi

80 - Voykek Lobodzinski meydana çıxdı. O, Patrik Maleçkini əvəzlədi

77 - Rubins gözəl cinah reydi edib, qapı ağzına gözəl ötürmə versə də, son nöqtəni qoyan oyunçumuz olmadı

73 - Patrik Maleçki sarı vərəqə aldı

70 - Təhlükəli nöqtədən cərimə zərbəsi... Ansi Aqolli vurur... Top canlı səddən döndü

68 - Əfran İsmayılovun zərbəsi qapıdan aralı keçdi

67 - Juravskinin qapımıza zərbəsi təhlükəli alınsa da, dəqiq olmadı

65 - Juravski kobud oyuna görə sarı vərəqə aldı

64 - "Qarabağ" hesabı artırmaq üçün imkan qazandı. Lakin Adamiyanın zərbəsi qapının üçtündən keçdi

60 - Rauf Əliyev meydanı tərk etdi. Onu Vüqar Nadirov əvəzlədi

55 - Müdafiəçilərimizin səhvindən yararlanan rəqib fərqi azaltdı. Pavel Brojek fərqləndi

47 - "Qarabağ" yüzfaizlik qol imkanını boşa verdi. Rauf Əliyev təkbətəkdən yararlana bilmədi

46 - "Visla"nın baş məşqçisi Pavel Brojeklə Cezari Vilki meydana buraxdı. Onlar Draqan Paljiçi və Tomas Yirsak əvəzlədi

46 - İinci yarı başladı

H.Ö: Komandalar meydana qayıtdı. Az sonra ikinci yarı başlayacaq

H.T: İlk yarı bitdi. Matçın əvvəllərində bir neçə epizodu boşa verən "Qarabağ" birdən coşdu və 6 dəqiqəyə üç qol vurdu. Komandamızın heyətində Əfran İsmayılov, Rauf Əliyev və Rəşad Sadiqov fərqləndi. Mərkəzi arenanı dolduran 30 min azarkeş ikinci yarıda "Qarabağ"dan daha gözəl oyun və daha çox qol gözləyir. Uğurlar, "Qarabağ"!

H.T: İlk yarı bitdi

45+1 - Cərimə zərbəsi... Rəşad Sadıqov vurur... Top qapıdan aralı keçdi

45 - Əfran İsmayılovun qapı qarşısına ötürməsinə Adamiyadan daha tez müdafiəçilər çatdı

43 - "Qarabağ"ın növbəti təhlükəli hücumu... Rəşad Sadiqovun 35 metrdən zərbəsini qapıçı çətinliklə kornerə çıxardı. Künc zərbəsindən sonra Samir Abbasovun zərbəsi qapının yanından keçdi

Azarkeşlər "Qurban!" qışqırır

39 - Komandamız dördündcü qola yaxın oldu. Lakin Rauf Əliyevin qapı qarşısına ötürməsinə toxunan olmadı

35 - Rəşad Sadiqov cərimə meydançasında iki rəqib oyunçunu aldadıb topu qapıya göndərdi

35 - RƏŞAD SADİQOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOVVVVVVVVVVVVVVVVVVVV

35 - QOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLL

33 - Rauf Əliyev Əfranın ötürməsindən sonra ikinci qolu rəqib qapısından keçirdi

33 - RAUF ƏLİYEEEEEEEEEEEEEEEEEEEEEEEVVVVVVVVVVVVVVVVVVVVVVVVVVVVVVVVVVVVV

33 - QOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLL

30 - Əfranın ötürməsindən sonra Adamiyanın zərbəsi müdafiədən döndü

28 - Əfran İsmayılov bu mövsüm Avropa Liqasında beşinci qoluna imza atdı

28 - ƏFRAN İSM AYILOOOOOOOOOOOOOOOOOOOOOOOOOOVVVVVVVVVVVVVVVVVVVVVVVVVVV

28 - QOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLL

28 - Hücum davam etdi. Rubinsin qaldırdığı topa Əfran başla zərbə endirdi...

28 - Dəhşət! Komandamız yüz faizlik imkanı boşa verdi. Əfranın zərbəsi dirəkdən döndü

25 - İnınlmaz bir vəziyyət. Əvvəlcə polşalı qapıçı komandasını xilas etdi. Milan Yovanic Maksim Medvedevin möhtəşəm zərbəsini qaytardı. Topu ələ keçirən Andreys Rubins cərimə meydançasına daxil oldu və zərbə vurdu. Amma dəqiq olmadı

20 - Juravski müdafiəçilərin bir anlıq boşluğundan yararlanaraq, qapıya zərbə endirdi. Lakin Fərhad Vəliyev yerə yıxılaraq, qola imkan vermədi

13 - Rəqibin növbəti təhlükəli hücumu nəticəsiz qaldı

9 - Rəqibin təhlükəli hücumu müdafiəçilərimiz əlverişli vəziyyətdə olan Draqan Paljiçə zərbə vurmaq imkanı vermədi. Onun ötürməsindən sonra komanda yoldaşı qapıya qeyri-dəqiq zərbə ilə yadda qaldı

Stadionda demək olar ki, boş yer yoxdur

7 - Rauf Əliyev növbəti dəfə qola yaxın oldu. Amma bu dəfə koubdluqla üzləşdi. Lakin rəqib topu kornerə çıxardı. Künc zərbəsi nəticəsiz qaldı

5 - Rauf Əliyev yaxşı keçmişdi. Lakin ofsayda düşdü

2 - Rəqib ilk dəqiqələrdən hücuma atılıb

1 - Və böyük matç başlladı

M.Ö: Komandalar meydana çıxır. Az sonra oyun başlayacaq

M.Ö: Artıq azarkeşlərimiz "Meksika dalğası"na başlayıb

M.Ö: Artıq stadion demək olar ki, dolub. Azarkeşlər "Qarabağ"a möhtəşəm dəstək verir

M.Ö: "Qarabağ" matç öncəsi son məşqini başa vurab, paltardəyişmə otağına yollandı

M.Ö: Oyunun başlamasına 20 dəqiqə var. Artıq stadionda 23-24 min azarkeş var

M.Ö: "Visla" da isinmə hərəkətləri üçün meydana çıxdı

M.Ö: "Qarabağ" matç öncəsi isinmə hərəkətləri etmək üçün meydana çıxıb

M.Ö: Matçın başlamasına 45 dəqiqə qalıb. Artıq stadionda 5 mindən artıq azarkeş var

M.Ö: Qurban Qurbanov Polşadakı heyəti olduğu kimi meydana buraxacaq. Baş məşqçi Krakovdakı matçda zədə alan Andreys Rubinsə yenə start heyətində yer verib. Elvin Məmmədov yenə ehtiyatda qalıb

M.Ö: İndi "Qarabağ"ın heyətində yer alan 7 futbolçu və baş məşqçi Qurbanov Qurbanov Polşa yığmasına məğlubiyyətlərimizin iştirakçısı olub. Belə ki, 26 mart 2006-cı ildə keçirilən Polşa - Azərbaycan (8:0) oyununda Aslan Kərimov, Aftandil Hacıyev, Raşad Sadıqov, Vüqar Nadirrov və Qurban Qurbanov meydana start heyətinlə çıxıb, Samir Abbasov ehtiyatda qalıb. 4 iyunda Bakıda keçirilən cavab oyununda (0:3) isə Kərimov, Hacıyev, Sadıqov və Qurbanov start heyətində yer alıb. 24 mart 2008-ci ildə Varşavada Polşanın 5:0 hesablı qələbəsi ilə yekunlaşan oyunda indiki "Qarabağ"lılardan Aslan Kərimov, Samir Abbasov, Emin İmaməliyev meydana çıxıb. Farhad Vəliyevlə Vüqar Nadirov isə qarşılaşmanı ehtiyat oyunçular skamiyasında izləyib.
Həmin ilin 2 iyulunda Bakıda millimizin 1:3 hesablı yenilgisi ilə yekunlaşan qarşılaşmada qapını Fərhad Vəliyev qoruyub və Samir Abbasovla Emin İmamaliyev meydana çıxıb. Bu dəfə Zaur Haşimovla Vüqar Nadirov ehtiyatda qalıb. (daha ətraflı məlumat üçün TIKLA).

M.Ö: Polşalılar milli komandamız üçün də arzuolunmaz rəqib hesab olunur. Belə ki, yığmamız tarixində ən ağır məğlubiyyətlərindən birini də məhz Polşa millisindən alıb. DÇ-2006-nın seçmə mərhələsində rəqibimiz olan Poşla yığması Varşavada 8:0, Bakıda 3:0 hesablı qələbə qazanıb. Həmin vaxt yığmaya Karlos Alberto Torres başçılıq edirdi.
AVRO-2008-in seçmə mərhələsində də rəqibimiz olan Polşa yenə qapımıza 8 qol vurub (Varşavada 5, Bakıda 3). Bu dəfə tilsimi qıran millmiz də rəqibin qapısına yol tapıb. (daha ətraflı məlumat üçün TIKLA).

M.Ö: Təmsilçilərimiz indiyədək Avrokuboklarda Polşanın "Qutnik", "Vidzev", LKS, "Zaqlembe", "Lex" və "Qrotslin" klubları ilə qarşılaşıb.(daha ətraflı məlumat üçün TIKLA).

M.Ö: Klublrımız avrokuboklarda ən böyük hesablı məğlubiyyətini də məhz polşalılardan alıb. Belə ki, Polşa klubları ilə ilk duelimizin təsadüf etdiyi 1996/1997 mövsümündə "Xəzri" UEFA Kubokunun  I təsnifat mərhələsində "Qutnik"ə rəqib olub. Maraqlıdır ki, bu klub da "Visla" kimi Krakov şəhərini təmsil edib. "Qarabağ"ın sabah meydana çıxacağı şəhərdə Azərbaycan təmsilçisi hələlik avrokuboklarda aldığımız ən acı məğlubiyyətlə qarşılaşıb - 9:0. Bu komandalar arasında Bakıda baş tutan matç 2:2 hesabı ilə başa çatıb. (daha ətraflı məlumat üçün TIKLA).

M.Ö: "Neftçi" də tarixinin ən böyük hesablı məğlubiyyətini polşalılardan alıb. 1997/1998 mövsümündə Çempionlar Liqasında "Vidzev"lə qarşılaşan flaqman iki oyunda qapısında 10 qol görüb - 0:2, 0:8 (daha ətraflı məlumat üçün TIKLA).

M.Ö: Azərbaycan klubuları Polaş təmsilçiləri ilə indiyə qədər 8 dəfə avrokuboklarda bir-birilərinə rəqib olublar. İndiyə qədər keçirilən 16 qarşılaşmanın 13-də polşalılar qələbə qazanıb. İki dəfə belə görüşlər "sülh"lə başa çatıb. Təmsilçilərimiz bizim üçün arzuolunmaz rəqiblər üzərində cəmi iki qələbə qazanıblar ki, o da bu mövsümə təsadüf edib. İndiyə qədər Polşa səddini keçə bilməyən klublarımız rəqibin 48 qoluna 9 dəfə cavab verib (penalti qollları ilə birlikdə 57:17).

M.Ö: "Qarabağ" bu mövsüm Avropa Liqasında rəqib qapılarına 8 qol vurub, özü 4 dəfə məyus olub. Komandamızın qollarından dördünə Əfran İsmayılov, ikisinə Emin İmaməliyev, digər üçünə isə Rəşad Sadıqov, Georgi Adamiya və Vüqar Nadirov imza atıb.

M.Ö: Komandamız bu mövsüm artıq iki rəqibini sıradan çıxarığb. I təsnifat mərhələsində Makedoniyanın "Metallurq" klubu ilə qarşılaşan "Qarabağ" evdə 4:1 hesablı qələbə qazanıb və səfərdə heç-heçə oynayıb - 1:1. II təsnifat mərhələsində Şimali İrlandiyanın "Portadaun" klubuna səfərdə 2:1 hesablı ilə qalib gələn komandamız evdə "sülh"ə razalaşıb - 1:1. "Visla"ya isə səfərdə 1:0 hesabı ilə qalib gəlib.

M.Ö: "Qarabağ" 4 mövsüm UEFA Kubokunda (indiki Avropa Liqası) iştirak edib. İlk dəfə 1997/1998 mövsümündə ikinci  dərəcəli klub turnirində iştirak edən ağdamlılar Çexiyanın "Yablonets" klubuna iki oyunda 0:8 hesabı ilə yenilib - 0:5, 0:3.
2004/2005 mövsümündə "Qarabağ"ın rəqibi Slovakiyanın "Dukla" klubu olub. Yenə hər iki oyun məğlubiyyətlə yekunlaşıb - 0:3, 0:1.
2006/2007 mövsümündə "Qarabağ" şansını son anda əldən verib. Belə ki, Moldovanın "Zimbru" klubu ilə hər iki oyun 1:1 hesabı ilə yukunlaşıb və moldovalılar əlavə vaxtda bir qol vuraraq mərhələ adlayıb.
"Qarabağ" Avropada ən uğurlu çıxışını ötən mövsüm göstərib. II təsnifat mərhələsində güclü "Rusenborq"u mübarizədən kənarlaşdıran (0:0, 1:0) Qurban Qurbanovun yetirmələri, III mərhələdə "Honka"nı (Finlandiya, 1:0, 2:1) sıradan çıxardı. Komandamızın qrup mərhələsinə gedən yolunu isə sonradan Hollandiya çempionu olan "Tvente" kəsdi. Hollandiyadakı oyunda 1:3 hesabı ilə yenilən ağdamlılar evdə rəqiblə sülh bağladı - 0:0.

M.Ö: "Qarabağ" avrokuboklarda mərhələ adlayan ilk klubumuz kimi də tarixə düşüb. Belə ki, 1999/2000 mövsümündə İntertoto Kubokuna qatılan ağdamlılar I mərhələdə "Makkabi" ilə qarşılaşıb və səfərdə 2:1 hesablı qələbə qazanıb. Evdə 0:1 hesablı məğlubiyyətə baxmayaraq, "Qarabağ" II mərhələyə adlayıb. İkinci mərhələdə isə Fransanın "Monpelye" klubu ilə oyunun nəticələri rusvayçı olub: evdə 0:3, səfərdə 0:6 hesablı məğlubiyyət.

Matçdan Öncə: "Qarabağ" indiyədək avrokuboklarda 25 oyun keçirib. İlk dəfə 1996/1997 mövsümündə Kuboklar Kubokuna qatılan ağdamlıların rəqibi Finlandiyanın "MüPA-47" klubu ilə. Bakıdakı oyundan 0:1 hesablı məğlubiyyələ ayrılan "Qarabağ" səfər oyununda qələbəni son anda əldən verib - 1:1. Bununla Ağdam klubu avrokuboklarda səfər oyununda xal qazanan ilk klubumuz olub.
"Qarabağ" 1998/1999 mövsümündə də Kuboklar Kubokunda iştirak edib. Bu dəfə nəticə daha ağır olub. İlk oyunda "Kopenhagen"ə 0:6 hesabı ilə yenilən ağdamlılar darmadağından qaça bilməyib - 0:4.