QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Elvin vurdu, qələbəyə yetmədi
Azərbaycan millisi Küveyt yığmasıya yoxlama oyununda gücünü sınayıb. 1 ay sonra start götürəcək Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan oyun bərabərliklə başa çatıb.
Bu oyuna `Qarabağ`ın 7 oyunçusu dəvət alıb, 6-sı isə asiyalılarla oyunda meydanda yer alıb. Maraqlıdı ki, millimizin son oyunlarında olduğu kimi bu dəfə də `Qarabağ`lılar oyuna damğa vurdu. Belə ki, görüşün 42-ci dəqiqəsində Elvin Məmmədov Mahir Şükürovun ötürməsindən sonra topu tora göndərib. Elvin bununla da millidə vurduğu topların sayını 7-yə çatdırıb.
Amma 2-ci yarıda Küveyt millisi hesabı bərabərləşdirə bilb. 82-ci dəqiqədə Bader Almutva oyunun hesabını müəyyənləşdirib.
Maraqlıdı ki, ötən il də tərəflər arasında yoldaşlıq oyununda komandamız Vaqif Cavadovla hesabı açsaq da sonda 1:1-lik nəticə qeydə alınmışdı.