QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
«Qarabağ» Azərbaycan deməkdir» (fanat.az)
Fanat: "Komandamız ötən mövsüm də pley-off-da mübarizə aparıb. Ancaq indi hədəfimiz daha böyükdür. Qrup mərhələsində oynamalıyıq. Hesab edirəm ki, buna komandanın potensialı imkan verir". Fanat.az xəbər verir ki, bu sözləri artıq bir həftədir Almaniyada "Borussiya" - "Qarabağ" matçı ilə bağlı təbliğat aparan Ağdam klubunun təmsilçisi Anar Məmmədli deyib.
Klub rəsmisi "Qarabağ"ın Azərbaycan demək olduğunu bildirib: "Komandamız ölkəmizdə hamıya doğmadır və belə demək mümkünsə, "Qarabağ" Azərbaycan deməkdir. Heyətin əksəriyyətində yerli futbolçuların və onların milli komandanın üzvü olması da bu cür düşünməyə əsas verir. "Qarabağ"ın uğuru Azərbaycan futbolu üçün çox vacibdir. İnanırıq ki, "Visla"yla oyunda olduğu kimi "Borussiya" ilə cavab qarşılaşmasında da Respublika stadionunda böyük dəstək görəcəyik".