QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
QARABAĞ SAVAŞI FUTBOL MATÇINDAN BAŞLAYIB!? (azfutbol.com)

Əslində yeni tariximizə qanlı iz qoyan I Qarabağ savaşının səbəbləri bizə aydındı. Ermənilər ta qədimdən çirkin niyyətlərini, əsilsiz torpaq iddialarını həyata keçirmək üçün münasib vaxtı güdüblər. Xainlikləri həmişə arxadan vurulan zərbəyə bənzəyib. Sovet İttifaqının təməli sarsılıb, yıxılmağa başlayanda da əməllərindən qalmayıb, fürsəti qaçırmayıblar. Nəhəng imperiya  çökəndə insanlarımız başqa təlaş içində olub. “Qardaş hayıstanlılar” isə SSRİ-nin xarabalıqları altında belə öz məkirli planlarını gerçəkləşdirməyə çalışıblar. Bizim yaranan qarmaqarışıqlıqdan başımız açılanda isə gec olub…

Zori Balayanın “Ocağ”ı belə tez qızışa bilməzdi

Qarabağ müharibəsi məhz hansı hadisəylə başladı, ermənilərin aranı qatmasına bəhanə nə oldu?

Qəribədi ki, əksəriyyətimiz münaqışənin alovlu illərinin acısını öz üzərində hiss etsə də, bu suala cavab verə bilməz. Doğurdan da elə bir keşməkeşli dövr idi ki, savaşın da hardan çıxdığını hiss etmədik.

Hər şeyin Zori Balayanın “Ocaq” kitabından başlandığını düşünənlər çoxluq təşkil edir. Bəli, ilk dəfə torpaq iddiaları “Böyük Ermənistan” xülyasıyla yaşayan (sonradan Xocalı qətliamında da şəxsən iştirak edən) Balayanın dilindən səslənib. Amma vaxtında qarşısı alınmayan, əksinə müxtəlif dillərdə dərc edilərək, bütün dünya ermənilərinə paylanan “Ocaq”ın tüstüsü dərhal gözümüzü kor etməyib. Ermənilər Zori Balayanın milli fikirlərinin oyanmasında əsas rol oynadığını etiraf etsə də, münaqişəyə start verən məhz kitabın olduğuyla razılaşmır. Xatırladaq ki, “Ocaq” 1984-cü ildə çapdan çıxıb. Savaş isə bildiyimiz kimi 1988-ci ildə qızışıb. Aradakı müddət az deyil. Ona görə də Qarabağda barıt çəlləyini partladan qığılcım məhz Balayanın təxribatçı “əsəri”di demək düz olmaz.

Zori Balayan adlanan bu iblis hələ yer üzündədi.1996-cı ildə nəşr olunan “Ruhumuzun canlanması” kitabında Xocalı soyqırımına haqq qazandırıb və fəxrlə etiraf edib: “Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk usağı çox səs-küy salmasın deyə, Xaçatur usağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra bu uşağın başından,sinəsindən və qarnından dərisini soydum. Saata baxdım,türk usağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum xalqımın bir faizinin belə qisasını aldığı üçün sevincdən qürürlanırdı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni vətənsevər kimi oz vəzifəmi yerinə yetirdim”

Birinci qan: “Qarabağ” (Stepanakert) – “Kəpəz” (Kirovabad)

Ermənistan mənbələrində bununla bağlı çox maraqlı fikrə rast gəldim. Sən demə Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilərlə azərbaycanlılar arasında ilk kütləvi və ciddi toqquşma futbol matçında baş verib. Və onlar “Qarabağ hərəkatının” başlanğıcı kimi həmin tarixi göstərir. Düşmən ölkə qaynaqları aşağıdakıları yazır: “Qarabağ münaqişəsinin başlama tarixiylə əlaqədar müxtəlif fikirlər mövcüddur. Amma onların arasında ən məşhuru və inandırıcı olanı futbolla bağlı tarıxcədi. Hansı ki, Azərbaycan erməniləri ilə yerli əhali arasında savaşa səbəb olub (yerli əhali – yəni azərbaycanlılar. “Burda dünyanın ən qədim xalqı”nın nümayəndələri özləri də bilmədən kimin yerlı, kimi gəlmə olduğunu etiraf  edir:). Sovet İttifaqının hələ mövcüd olduğu 1987-ci ildə, Qarabağ hərəkatının hələ yeni-yeni “cücərtilərinin” ortaya çıxdığı bir məqamda Kirovabad (indiki Gəncə) komandası yerlı komandayla oyun keçirmək üçün Stepanakertə (Xankəndi) yollanır. Qarşılaşma Kirovabadın 3:1 hesablı məğlubiyyəti ilə başa çatır. Bu da hər iki komandanın erməni və azərbaycanlı azarkeşləri arasında kütləvi toqquşmaya səbəb olur. Bu qalmaqallı görüşdən sonra Sovet höküməti Stepanakertin stadionunu bağladı və komandanı ev oyunlarını Azərbaycanın başqa rayonlarında keçirməyə məcbur etdi”.

Ermənilər iddia edir ki, aranı qatan, milli münaqişəyə gətirib çıxaran dava bununla başlayıb.  Həmin oyundan sonra ermənilər yaşayan yerdə azərbaycanlılar, azərbaycanlıların çoxluq təşkil etdiyi bölgələrdə isə ermənilər öldürülməyə başlayıb. Qondarma “Dağlıq Qarabağ Respublikasının” idman komitəsinin sədri Razmik Ovsepyanda müharibənin həmin olaydan sonra alovlandığına şübhə etmir: “Deyirlər, idman siyasətdən uzaqdı. Amma, əlbəttdə belə deyil”.

Söhbət prinsipiallığı ilə seçilən “Qarabağ” (Stepanakert) – “Kəpəz” (Kirovabad) matçından gedir. Açığı həmin qarşılaşmadakı dava-dalaş haqda eşitmişdim. Ancaq ermənilərın olayı müharibəyə gətirib çıxaran səbəb kimi göstərmələri mənimçün önəmli yenilik idi. Belə çıxır oyun az qala tarixi əhəmiyyət kəsb edir…

Dava meydanda başlayıb

Ermənilərin hər şeyi özlərinə sərf edən tərzdə qələmə verdiyi sirr deyil. Odur ki, göstərilən oyunun iştirakçılarından – istər azarkeşlərimizdən, istərsə də futbolçularımızdan daha ətraflı məlumat toplamağa çalışdım.

Matç SSRİ çempionatının 2-ci dəstəsi çərçivəsində baş tutub. Onda “Kəpəz” sırf ermənilərdən təşkil edilən Stepanakert komandasından çox güclü imiş. Həmin vaxt gəncəlilərin 1-ci dəstəyə çıxmaq uğrunda, “Qarabağ”ın isə yerini qorumaq üçün mübarizə aparması sözlərimi təsdiqləyir. Aralarında keçirilən oyunların demək olar hamısında, o cümlədən Stepanakertdəki görüşlərdə həmyerlilərimiz qələbə qazanırmış. Amma 1987-ci ildə keçirilən növbəti dueldə yenilməmək üçün artıq “Böyük Ermənistan” avantürası ilə beyni doldurulmağa başlayan “xaçiklər” tədbirli davranır. Qazaxıstandan olan hakimi alırlar. Buna rəğmən rəqibindən bir baş üstün olan “Kəpəz” səfərdə 1:0 hesabıyla önə keçir. “Qarabağlılar” hakimə təzyiqi daha da artırır. Referi qorxusundan inanılmaz qərarlar verməyə başlayır. Fit ancaq bir tərəfə çalır. Qazaxıstanlı hakimin min hoqqadan çıxıb lazım olan hesabı təmin etməsi bir yana, ermənilərin açıq-aşkar vəhşi oyununa göz yumur. Hətta stepanakertlilərdən biri qonaqların oyunçusunu vurmaqdan da çəkinmir. Buna dözməyən gəncəlilər dığaların cavabının verir. Futbolçular arasında meydanda başlayan dava tezliklə tribunalara keçir. Qeyd edək ki, onda Stepanakertdə əsasən ermənilər yaşayırdı. Amma Ağdamdan, Şuşadan, Qarabağın azərbaycanlılar çox məskunlaşmış digər rayonlarından çox sayda həmyerlimiz “Kəpəz”ə dəstək vermək məqsədi ilə stadiona axın edibmiş. Dava düşəndə bizimkilər onlardan az deyilmiş. Hətta qanlı toqquşmada düşmənlərimiz daha çox xəsarət alıb. Dava edənlərin öhdəsindən şəhərin milisi gələ bilmirmiş. Ona görə hətta yanğınsöndürənləri də iğtişaşı yatırmağa cəlb ediblərmiş.

Ağdam “Qarabağ”ı da bax belə yarandı!

Stepanakert stadionun cəzalandırıldığı, erməni “Qarabağ”ının növbəti ev oyunlarını Azərbaycanın başqa rayonlarında keçirdiyi haqda söylənilənlər isə yalandı. Ruslar ermənilərə gözün üstə qaşın da var deməyib. Təbii ki, bizimkilərə münasibət tam fərqli olub. Hətta “Kəpəz”in davada iştirak edən bir neçə oyunçusu izahat vermək üçün Moskvaya çağırılıb.

Qeyd edək ki, həmin hadisə Qarabağın Azərbaycan icmasının ermənilərin acığına öz komandasını yaratmasına gətirib çıxarıb. Bu indi Avropa səhnəsində milli qürurumuza çevrilən, Qarabağın əslində kimin torpağı olduğunu siyasətçilərdən yaxşı təsdiqləyən, rəsmən əsası 1987-ci ildə qoyulmuş Ağdam “Qarabağ”ıdı!