QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Gəncə”nin 1599 günlük məğlubedilməzliyi: “Qarabağ”la başladı, “Qarabağ”la bitdi (apasport.az)

Unibank Premyer Liqasının II turdan “Qarabağ”la səfər oyunu “Gəncə” klubu üçün düşərli olmadı. Apasport.az saytının məlumatına görə, 4 ildən sonra güclülər dəstəsinə qayıdan gəncəlilər ilk məğlubiyyətini (0:3) almaqla unikal seriyası qırıldı.

Söhbət buna qədər keçirilən hər 5 oyunun 1:1 hesablı bərabərliklə bitməsindən gedir. Əslində “Gəncə”nin ötən mövsüm çıxış etdiyi I divizionda son turda Qusarın “Şahdağ” klubu ilə səfər oyununda da 1:1 etdiyini nəzərə alsaq, bu seriya oradan başlanıb və ümumilikdə 6 görüşdən ibarət olub.

“Gəncə” milli çempionatımızda sonuncu məğlubiyyətini 2006-cı ilin mayın 7-də alıb. Maraqlıdır ki, həmin vaxt da komandanı yenən “Qarabağ” olub. XXIV tur çərçivəsində Gəncədə keçirilən görüş meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə sonuclanıb. Yeri gəlmişkən, həmin oyunda “Qarabağ”ın ilk qolunun müəllifi olan müdafiəçi Vasif Haqverdiyev hazırda “Gəncə”də oynayır. Gəncəlilər güclülər dəstəsində növbəti məğlubiyyətini 1599 gündən sonra aldı.

Gəncəlilərin sonuncu böyük hesablı məğlubiyyəti də həmin mövsümə (2005/06) təsadüf edir. Aprelin 21-də XXI turda Yevlaxın “Karvan” klubu ilə görüşdə komandanın darmadağını ilə nəticələnib - 1:7. Bu, “Gəncə”nin tarixində ən böyük məğlubiyyətlərdəndir. “Qarabağ”ın çempionatımızda sonuncu böyük hesablı qələbəsi isə 2008/09 mövsümünə təsadüf edib. Bu, aprelin 18-də XXII turda MOİK-lə ev oyununda (3:0) olub. Həmin nəticədən isə 522 gün ötür.