QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
7 `Qarabağ`lı milliyə

Azərbaycan milli komandası sentyabrın 27-dən 30-dək Bakı şəhərində təlim-məşq toplanışı keçirəcək. AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Berti Foqts artıq hazırlıq prosesində iştirak edəcək futbolçuların adlarını açıqlayıb. Toplanışa 26 futbolçu dəvət edən almaniyalı çalışdırıcı Rusiyanın “Anji” klubunda forma geyən həmyerlimiz Mahir Şükürova, eləcə də yenicə Türkiyə Superliqa klubu “Eskişəhərspor”a keçən millinin kapitanı Rəşad Sadıqova dəvət göndərməyib.

Toplanışda iştirak edəcək futbolçular isə bunlardır:
Qapıçılar: Kamran Ağayev (“Xəzər Lənkəran”), Fərhad Vəliyev (“Qarabağ”), Səlahət Ağayev (“İnter”), Aqil Məmmədov (“Bakı”).
Müdafiəçilər: Vladimir Levin (“İnter”), Saşa Yunisoğlu, Nodar Məmmədov (hər ikisi “Qəbələ”), Rail Məlikov, Ruslan Abışov (“Neftçi”), Vurğun Hüseynov (“Turan”), Elnur Allahverdiyev (“Xəzər Lənkəran”), Maksim Medvedyev (“Qarabağ”).
Yarımmüdafiəçilər: Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Samir Abasov, Rəşad Sadiqov, Elvin Məmmədov (hamısı “Qarabağ”), Aleksandr Çertoqanov (“İnter”), Əziz Quliyev, Fabio Luis Ramin (hər ikisi “Bakı”), Amit Quluzadə, Cavid Hüseynov, Araz Abdullayev (hamısı “Neftçi”).
Hücumçular: Vüqar Nadirov, Rauf Əliyev (hər ikisi “Qarabağ”), Vaqif Cavadov (“Bakı”), Fərid Quliyev (“Neftçi”).