QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Jaba və Kamrana 4 oyunluq cəza

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.Premyer Liqasının son turunda baş verən olaylarla bağlı qərarlar qəbul edilib.
Premyer Liqasının 8-ci turunun  MOİK - "Gəncə" matçının 83-cü dəqiqəsində "Gəncə"nin futbolçusu Rafael Əmirbəyov əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
"Xəzər Lənkəran" - "Bakı"  matçının 74-cü dəqiqəsində "Bakı"nın futbolçusu Jaba kobud oyuna görə (rəqibə əl ilə zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klubu 4000 manat cərimə olunub. Matçın hakimi oyunun 85-ci dəqiqəsində "Xəzər Lənkəran"ın futbolçusu Kamran Ağayevin rəqibə əl ilə zərbə endirdiyini görmədiyi üçün oyunun video yazısı və hakim-inspektorun raportuna əsaslanaraq futbolçu 4 oyunluq cəzalanıb, klubu 4000 manat cərimə olunub.