QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Yenə ən yaxşımız \"Qarabağ\" oldu (fanat.az)

"Xəzər Lənkəran" 207-ci, "Neftçi" 326-cı yeri tutdu

"İnter" 180-ci piləyə yüksəldi

Fanat: Məşhur e-infobank.com saytı Avropa klublarının növbəti reytinq cədvəlini açıqlayıb. Fanat.az xəbər verir ki, siyahıda 453 qitə klubu yer alıb.
Reytinq siyahısında Azərbaycanın 7 klubu da var. Ən yaxşı göstəriciyə iki mövsümdü Avropa Liqasında uğurlu çıxış edən "Qarabağ" sahibdi. Ağdam klubu ötən siyahı ilə müqayisədə iki pillə geriləyərək, 130-cu olub.
Bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edən və Polşa "Lex"inə penalti seriyasında uduzan "İnter" bir pillə irəliləyib və 180-ci yeri tutub.
Avropa Liqasında mübarizəni ilk mərhələdə dayandıran "Xəzər Lənkəran" 205-ci yerdən 207-ci yerə düşüb. Avropa Liqasına ikinci mərhəldən başlayan və hər iki oyunda qələbə qazanmasına rəğmən texniki məğlubiyyət alan "Bakı" bir pillə geriləyərək, 253-cü yeri tutub. Bir neçə ildi Avrokuboklardan kənarda qalan "neftçi" 326-ci pillədəki yerini qoruyub. AZAL 394-cü, "Simurq" isə 407-ci pilləni tutub.

130 (128)

 Qarabağ

 39,21

180 (181)

 İnter

 31.23

207 (205)

 Xəzər Lənkəran

 28,73

253 (252)

 Bakı

 23,77

326 (326)

 Neftçi

 16,71

394 (394)

 AZAL

 10,41

407 (407)

 Simurq

 8,24