QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Rauf Əliyev: Daha çox qol vuracam (apasport.az)

“İlk dəfə Premyer Liqada dubl etdim. Hətta het-trik etmək imkanım da oldu. İnanıram ki, getdikcə daha çıx qol vuracağam”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın futbolçusu Rauf Əliyev klubunun rəsmi saytına açıqlamasında deyib.

Unibank Premyer Liqasının son turunda MOİK-lə ev oyununda etdiyi dublla böyük hesablı qələbədə (3:0) əsas pay sahibi olan 21 yaşlı hücumçu cari mövsümdə vurduğu qolların sayını 4-ə çatdırdı. Raufun karyerasında ilk dublu ölkə kubokunun 2007/08 mövsümündə “İnter”lə 2:2 hesabı ilə nəticələnən oyunda olmuşdu. Keçən mövsüm 5 qol vuran Əliyev bu dəfə göstəricisini yaxşılaşdırmağa iddialıdır: “Ötən mövsümlə müqayisədə indi meydana daha çox çıxıram. İnşallah, bu il hədəfim ən azı 10 qol vurmaqdır”.