QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov \"Neftçi\", \"Bakı\" və \"Qələbə\"yə cavab verdi (fanat.az)

"Qarabağ"ın baş məşqçisi Höccət Hacıyevə təşəkkür etdi

Fanat: "Qola qədər komandamın oyunundan razı qaldım. İlk qol vurulana kimi futbolçularımız çox yaxşı oynadı. Amma qoldan sonra meydanda yalnız AZAL var blb. Bu da başa düşülən idi. Hesabda geri düşdüksən sonra irəli atıldıq. Rəqibin heyətində fərdi keyfiyyətlərinə görə yaxşı futbolçular var. Bu məğlubiyyəti unudub, “Neftçi” ilə oyuna hazırlaşacağıq". Fanat.az xəbər verir ki, bu sözləri AZAL-la oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Qurbanov "Qarabağ"a iki qol vuran Zohair Benouahini gözəl təbrik edib: "AZAL-ı qələbə münasibəti ilə təbrik edirəm. Qapımıza iki qol vuran oyunçu çox gözəl oynadı. Onun oyununu çoxdan izləyirdim. Nazim müəllimdən xahiş edirəm ki, təşəkkürlərimi ona çatdırsın".
"Qarabağ"ın baş məşqçisi son günlər Berti Foqtsla aralarında yaranan narazılığa münasibət bildirib: "Foqtsu başa düşürəm. Yeni komanda qurur, bu toplanışların milli komandaya xeyir verəcəyini düşünür. Amma məndən də nəticə tələb edirlər. Avropa kuboklarına vəsiqə qazanmaq istəyirik. Unutmaq lazım deyil ki, "Qarabağ"ın futbolçuları Avropada uğurlu çıxış etməsəydi, bu gün onlar milli komandaya dəvət almayacaqdılar. 5-6 oyunçumuz millidə olanda, 5-i də zədələnəndə mən 9-10 futbolçu ilə oyuna hazırlaşa bilmirəm".
Qurban bəy bəzi klub rəsmilərinin ona məsləhət verməsinə də münasibət bildirib: "Neftçi"dən Tahir Süleymanova, "Qəbələ"dən Fariz Nəcəfova və "Bakı"dan Yaşar Seyidova təşəkkür edirəm (Qurban bəy bu sözləri ironiya ilə deyir). Komanda qurmaqla bağlı bizə yaxşı məsləhətlər veriblər. Onları biz bilmirdik. Bundan sonra nəzərə alacağıq. "Xəzər Lənkəran"dan Höccət Hacıyevə isə gerçəkdən təşəkkür edirəm. Düz deyirki, nəyinki 5-6, hətta 2-3 oyunçunun olmaması da komandanın oyununa təsir edir".
"Qarabağ"ın baş məşqçisi Berti Foqtsun Rəşad Sadiqovdan narazı qalmasına münasibət bildirərkən deyib ki, o, bu futbolçunun oyunundan razıdı: "Rəşad meydanı çox yaxşı görür, topla yaxşı rəftar edir. Onun bu günkü fiziki durumu məni qane edir. Bu keyfiyyətlərinə görə Rəşaddan istifadə edirəm".