QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Tahir Gözəl: \"Neftçi\" ilə oyun mənim üçün Türkiyədəki derbilərdən daha önəmlidir\" (premyerliqa.az)
Dünən "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl klubun bazasında komanda üzvləri ilə görüş keçirib. "Neftçi" ilə vacib oyundan qabaq Tahir bəy futbolçulara müraciət edib: " Hər şeydən əvvəl bilin ki, nəticələdən asılı olmayaraq mən hər birinizə təşəkkür edirəm. Siz avroliqada tarix yazan futbolçularsınız. Amma sizə demək istəyirəm ki, mənim üçün "Qarabağ" - "Neftçi" oyunu Türkiyədə "Fənərbaxça" - " Qalatasaray" derbisi kimidir. Yəni "Fənərbağça" - "Beşiktaş", "Qalatarasay" - "Trabzonspor" oyunları mənim üçün Qarabağ -Neftçi derbisi qədər əhəmiyyətli sayılmır. Bazar günü keçiriləcək oyunda sizdən qələbə gözləyirəm".
Tədbirin sonunda yemək süfrəsi təşkil olunub. Qeyd edək ki, Qarabağ - Neftçi oyunu noyabrın 28-də keçiriləcək. Respublika stadionunda baş tutacaq oyun saat 15-də başlanacaq.