QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Azarkeşlərdən Qurban Qurbanova ismarıc: \"Arxandayıq\" (sportal.az)

"Qarabağ"ın uğursuz çıxışında çoxları baş məşqçi Qurban Qurbanovun səhvlərini ön plana çəkməklə, onun istefasını tələb edirlər. Klub rəsmiləri açıqlamalarında Qurbanovu postunda saxlayacaqlarını bildirsələr də, bəzi mənbələr artıq Ağdam klubunun baş məşqçiyə əvəzləyici axtardığını da qeyd edirlər. Bəs azarkeşlər necə, Qurban Qurbanovun komandadakı rolunu necə dəyərləndirirlər? Bunu nəzərə alıb klubun rəsmi fan-klubunun rəhbəri Elvin Süleymanovla əlaqə saxladıq: "Qarabağ" daim uğurları ilə bizi sevindirib. Təbii ki, bu uğurun da memarı Qurban Qurbanovdu. Onun istefasını istəyənlər yalnış addım atırlar. Nə oldu Qurbanov Avropada uğur qazananda hamı onu tərifləyirdi, indi bir balaca uğursuz çıxış edən kimi tənqid edirlər? Biz azarkeşlər sonadək Qurban müəllimin arxasındayıq".

Süleymanov komandanın Quzanlıda oynamamasına da münasibət bildirdi: "Əgər komanda Quzanlıda oynasaydı, bəlkə bu qədər uğursuzluq olmazdı. Onda azarkeşlər daha çox komandanı dəstəkləyərdilər. "Qarabağ"ıb Suraxanıya köçməyinə gəlincə, bunu alqışlayıram. Növbəti turlarda komandamız orda daha uğurlu nəticlələr əldə edəcək. Eyni zamanda Suraxanıya daha çox azarkeş gələcək. Hər komanda kimi "Qarabağ"ın da uğursuz dövrü başa çatacaq və yenə azarkeşləri sevindirəcək".