QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
PFL Premyer Liqanın təqvimində dəyişikliklər etdi
Peşəkar Futbol Liqası Premyer Liqanın cari mövsümünün təqvimində bir sıra dəyişikliklərə əl atıb. Elitada çıxış edən əksər klubların PFL-ə ünvanladıqları məktubda qarşıdan gələn bayramlarla əlaqədar olaraq 19-cu turun oyunlarının daha tez tarixdə keçirilməsini xahiş etmələri səbəb olub.
 
Qeyd edək ki, hələ bir müddət öncə elita klublarında çıxış edən legionerlər öz ölkələrinə daha tez yollanmaq üçün 19-cu turun oyunlarının daha tez keçirilməsi üçün fəaliyyətə keçmişdilər. Məhz bu səbəbdən PFL prezidenti Ramin Musayev 19-cu turun aşağıdakı oyunlarının 23 dekabr 2010-cu il (cümə axşamı) tarixində keçirilməsinə qərar verib:
Neftçi – Turan
İnter – Gəncə
Xəzər Lənkəran – Qarabağ
Muğan – AZAL
Simurq – MOİK
 
Bu turun Qəbələ – Bakı görüşü isə 25 dekabr tarixində - şənbə günü oynanılacaq.
 
PFL prezidentinin digər qərarı ilə Premyer Liqanın 18-ci turunun Qarabağ – Muğan matçı 19 dekabr 2010-cu il tarixindən 18 dekabr 2010-cu il tarixinə keçirilib.