QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” Türkiyədə 20 yanvar şəhidlərini andı (apasport.az)
Ağdamın “Qarabağ” klubu Antalyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, bu günə nəzərdə tutulan 2 məşqdən artıq biri geridə qalıb.

Məşqdən öncə isə 21 il öncə baş vermiş 20 yanvar hadisəsinin şəhidlərinin anımı baş tutub. Komandanın baş məşqçisi Qurban Qurbanov bu faciə ilə bağlı nitq söyləyib. O, baş verən hadisənin təfsilatına toxunaraq 20 yanvar hadisənin mahiyyəti haqqında danışıb. Müstəqilliyimizin əldə edilməsində 1990-cı ildə 20 yanvarda tökülən insan qanın nə qədər böyük rol oynadığını vurğulayıb. Xalqımızın müstəqillik arzusunu qan bahasına belə boğula bilməməsinin millətimizin böyüklüyü və cəsarətinin örnəyi olduğunu bildirib.

Mənbə: qarabagh.com