QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov: “Rəşadın komandamızda olmasını istərdik” (fanat.az)

“Əsas narahat olduğum Maksim Medvedevin zədələnməsidi”

Fanat: “Türkiyə səfərini yaxşı qiymətləndirmək istərdim. Hazırlığa təsir göstərən bəzi xoşagəlməz məqamlar oldu. Buna baxmayaraq, vəziyyəti yüksək qiymətləndirmək lazımdı”. Fanat.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Təcrübəli mütəxəsiss heyətə yeni qoşulan futbolçulardan və Rəşad Sadıqovun komandaya qayıdıb qayıtmayacağından da danışıb: “Əlbəttə, futbolçularımızın hamısının heyətdə olmasını istəyirəm, amma milli komandaların düşərgələrinə yollandıqları üçün başqa çıxış yolumuz yoxdu. Əsas narahat olduğum Maksim Medvedevin zədələnməsidi. Həkimlərin dediklərinə görə, təxminən bir aydan sonra komandaya qoşulacaq. Müayinəyə bu gün başlayıb. Heyətə yeni qoşulan futbolçular barədə fikrim yaxşıdı. Həm qapıçı Pavloviç, həm də Ndzipi səviyyəli futbolçulardı. Adaptasiya prosesi də çətin keçmədi onlar üçün. ümi edirəm ki, tezliklə əsas heyətdə yerlərini tutacaqlar. Son günlər mətbuatda geniş yer alan Rəşad Sadıqov məsələsinə gəlincə, bilirsiz ki, hazırda Dubaydadı. Onun “Qarabağ”a keçidi barədə yayılan xəbərlər yalandı. Çünki Rəşadın “Əskişəhərspor”la hələ ilyarımlıq müqaviləsi var. Qarşı tərəflə danışıqlar aparmamışıq. Əlbəttə, Rəşadın komandamızda olmasını istərdik. Klubumuzun vitse-prezidenti Tahir Gözəlin də əsas məqsədi budu. Amma konkret heç nə yoxdu”. //sportal.az