QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Tahir Gözəl: \"Qarabağ\"ın məqsədi çempionluq yox, Avropada böyük uğura nail olmaqdır\" (qol.az)

"Komandamızın "Qəbələ"yə qarşı sərgilədiyi oyundan tam razı qaldım. Uzun müddət zədəli olan Əfran İsmayılovun heyətə dönməsi, Rəşad Sadıqovun komandasına qayıdıraq bu matçda iştirakı məni ikiqat sevindirdi. Rəşadın "Qarabağ"a qayıdışı komandada ruh yüksəkliyi yaradıb".

Bu sözləri Premyer Liqanın 20-ci turunda "Qəbələ"ylə oyundan sonra Qol.Az-a açıqlamasında "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl bildirib. O, "Qarabağ"ın bu mövsüm möhtəşəm oyun sərgiləyəcəyinə əmin olduğunu deyib.

Klub rəhbəri komandasının bu il üçün hədəflərini də açıqlayıb: "Hazırda "Qarabağ"ın məqsədi çempionluq yox, Avropada böyük uğura nail olmaqdır. Biz dalbadal iki dəfə qrup mərhələsinin "qapı"sını döydük. İnanıram ki, üçüncü cəhddə ora daxil olacağıq. "Qarabağ"ın buna həm gücü, həm də potenasialı var".

T.Gözəl komandanın nə vaxtsa çempionluq üçün də oynayacağını deyib.

"Qarabağ"ın son transferləri barədə danışan T.Gözəl əsas məqsədlərinin yerli futbolçulardan ibarət bir heyət qurmağa yönəldiyini deyib.

O, son transferlərdə, xüsusilə Rəşad Sadıqovun komandaya qaytarılmasında medianın böyük rolu olduğunu vurğulayıb: "Mediadakı yazılar bizi daha da hərəkətə gətirdi. Antalyada futbolçularla keçirdiyim görüşün də böyük təsiri oldu. Bu transferlər, xüsusilə Rəşadın komandamıza qaytarılması isə ən çox Avropada böyük uğurlara imza atmağımıza yönəlib".