QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Tahir Gözəl: “Qarabağ” kimi bir komandanın belə bazası olmamalıdır” (qol.az)

Fevralın 15-də “Qarabağ” rəhbərliyinin iştirakı ilə mətbuat konransı keçirilib. Qol.Az-ın məlumatına görə, klubun vitse-prezidenti Tahir Gözəl “Qarabağ”ın çempionata iddialı davam etmək istədiyini deyib.

“Artıq lazimi transferlər edilib. Futbolumuzun inkişafına töhfə vermək istəyirik. Dünən gənc futbolçularla görüşdüm. Klubumuzun iddialı çıxışı onlara ilham qaynağı olacağını düşünürəm.

Biz uğurlu, qeyrətli, qoçaq futbol oynayan komanda görmək, Avropa kuboklarındakı uğuru davam etdirmək istəyirik. İddiamız böyükdür. Transferlərimizlə, kollektiv daxilindəki sabitliklə “Qarabağ”ın uğurlar qazanacağına inanırıq”.

Tahir Gözəl təəssüflə bildirib ki, komanda hələ də istədiyi bazanı və infrastruktur yarada bilməyib. “Qarabağ” kimi bir komandanın belə bazası olmamalıdır. AFFA və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə şifahi danışığımız olub, razılıq əldə etmişik. Suraxanı stadionunu icarəyə götürmək istəyirik. Rəsmi razılaşma əldə etdikdən sonra işlərə başlayacağıq”.