QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ“ futbol klubunun hədəfi Avrokuboklarda böyük uğurlara nail olmaqdır (azertag.com)
Bakı, 16 fevral (AzərTAc). “Qarabağ“ futbol klubunun hədəfi Avrokuboklarda böyük uğurlara nail olmaqdır.
Bu sözləri AzərTAc-a “Qarabağ“ futbol klubunun vitse-prezidenti Tahir Gözəl demişdir.
Tahir Gözəl builki hədəflərinin ötən mövsümdəki kimi, ilk olaraq ölkə çempionatında Avropa kubokları uğrunda yarışmağa vəsiqə verən yerlərdən birini tutmaq olduğunu bildirmişdir. Vitse-prezident daha sonrakı planlarının beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edərək Avropada böyük uğurlara imza atmaq olduğunu diqqətə çatdırmışdır.
Komandanın hazırkı vəziyyətindən razı qaldığını qeyd edən T.Gözəl infrastruktur baxımından da problemləri yoluna qoymağa çalışdıqlarını vurğulamışdır. Bu məqsədlə Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına stadionu uzunmüddətli icarəyə götürərək orada komanda üçün baza, təlim-məşq toplanışları üçün məşq meydançaları inşa etmək nəzərdə tutulmuşdur.
Klubun vitse-prezidenti “6”-lıq uğrunda mübarizə mərhələsində ən azı iki oyunlarını Ağdamın Quzanlı qəsəbə stadionunda keçirmək niyyətində olduqlarını da demişdir.