QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Tahir Gözəl: \"Tarixində ən güclü \"Qarabağ\" bu ildi\" (fanat.az)

"Komandamız mütləq çemionluğa oynayır"

Fanat: "Çox gözəl bir oyun oldu. Əfran İsmayılovun oyuna çıxması matçı daha da maraqlı etdi. Georgi Adamiya möhtəşəm oynadı. Admir Telinin qolu lap çox xoşuma gəldi". Bu sözləri "Turan"la oyundan sonra Fanat.az-a açıqlamasında "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl deyib.
Tahir bəy tək arzusunun komandasının Azərbaycanı Avropada təmsil etmək olduğunu söyləyib: "Komandamdan razıyam. Bizə böyük həvəs verirlər. Tək arzum var, o da ki Azərbaycanı Avropada yaxşı təmsil etməkdi".
Vitse-prezident "Qarabağ"ın çemionluğa oynadığını bildirdi: "Komandamız mütləq çemionluğa oynayır. Biz çemionluğa iddialıyıq. "İnter" "Xəzər Lənkəran"la qarşılaşmada xal itirsə, biz artıq üçüncü yerdə möhkəmlənirik və çemion olmaq üçün bir addım da irəliləmiş oluruq. Ən əsası odu ki, tarixində ən güclü "Qarabağ" bu ildi".