QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Əmrah Çəlikəl: \"Xəzər Lənkəran\", \"İnter\", \"Neftçi\" və \"Bakı\" ilə Quzanlıda oynamaq istəyirik\" (qol.az)

Artıq bir neçə gündür ki, «Qarabağ» klubu Quzanlı qəsəbəsi stadionunun ot örtüyünün dəyişdirilməsi istiqamətində işlərə başlayıb.

Bu haqda Qol.Az-a «Qarabağ»ın direktoru Əmrah Çəlikəl məlumat verib.

O bildirib ki, ot örtüyü aprelin əvvəlinədək dəyişdiriləcək. Klub rəsmisi əvvəlcədən bəyan etdikləri kimi, ilk altılıqdakı oyunları Quzanlıda keçirmək istədiklərini söyləyib. «Biz "Xəzər Lənkəran", "İnter", "Neftçi" və "Bakı"nı Ağdamda qəbul etmək istəyirik. Amma bunun üçün Peşəkar Futbol Liqasının qərarı olmalıdır. PFL bildirir ki, klubların razılığı olarsa, «Qarabağ»ın bu mövsüm Quzanlıda oynamasına icarə veriləcək. Biz də ümid edirik ki, bu dörd klub Quzanlıda oynamağa razılıq verəcək».

Əmrah Çəlikəl onu da deyib ki, «Qarabağ» gələn mövsümdən bir neçə oyununu da Quzanlıda keçirəcək.