QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Milliyə 6 `Qarabağ`lı çağrıldı

Azərbaycan millisinin Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Belçika ilə rəsmi oyun üçün heyəti açıqlanıb. Yığmamızın martın 29-da Brüsseldə keçiriləcək görüşünə 21 futbolçu çağırıb.

Baş məşqçi Berti Foqts müəyyən fasilədən sonra Fərhad Vəliyev, Cəmşid Məhərrəmov, Araz Abdullayevi komandaya qaytarıb.
`Qarabağ`ımızı bu toplantıda 6 futbolçusu təmsil edəcək. Fərhadla yanaşı Rəşad Sadıqov, Samir Abasov, Elvin Məmmədov, Vüqar Nadirov və Rauf Əliyev uzunmüddətli toplantıda olacaq.

Qeyd edək ki, yığmamız martın 19-dan 26-a qədər Almaniyanın Veqberq şəhərində, 26-dan 29-a qədər isə Belçikanın paytaxtı Brüsseldə təlim-məşq toplanışı keçəcək.

Qapıçılar - Kamran Ağayev (`Xəzər Lənkəran`), Fərhad Vəliyev (`Qarabağ`), Andrey Popoviç (`Abşeron`)

Müdafiəçilər - Rəşad Sadıqov (`Qarabağ`), Saşa Yunisoğlu (`Qəbələ`), Vladimir Levin (`İnter`), Ruslan Abışov, Rail Məlikov (hər ikisi `Neftçi`), Vurğun Hüseynov (`Turan`), Elnur Allahverdiyev (`Xəzər Lənkəran`), Cəmşid Məhərrəmov (`Bakı`)

Yarımmüdafiəçilər - Rahid Əmirquliyev (`Xəzər Lənkəran`), Aleksandr Çertoqanov (`İnter`), Elvin Məmmədov, Samir Abasov, (hər ikisi `Qarabağ`), Mahir Şükürov (`Anji`, Rusiya), Araz Abdullayev, Cavid Hüseynov (hər ikisi `Neftçi`)

Hücumçular - Vüqar Nadirov, Rauf Əliyev (hər ikisi `Qarabağ`), Vaqif Cavadov (`Bakı`)