QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Rəşad Sadiqov hamıdan fərqləndi: Biz də çempion olmaq istəyirik! (apasport.az)
“Çətin oyun olacaq. AZAL-ın necə komanda olduğunu hamı bilir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun yarımmüdafiəçisi Rəşad Sadiqov deyib.

Sonuncu dəfə ötən ilin noyabrın 28-də “Neftçi”yə məğlub olan Ağdam təmsilçisi həmin tarixdən sonra keçirdiyi oyunların hamısını qələbə ilə başa vurub. Ardıcıl 8 qələbə qazanan və öz rekordunu yeniləyən “Qarabağ” AZAL səddini də rahat aşmaq niyyətindədir. 

Rəqibi analiz edən əyalət komandası “təyyarəçilər”in əsas silahının əks-hücumlar olduğunu müəyyənləşdirib: “AZAL müdafiədə yaxşı oynayır və əks-hücumlara belə bağlayır. Buna baxmayaraq, biz qələbə qazanmaq istəyirik”.

Bir müddət əvvəl formada olmadığı deyilən Sadiqov son oyunlarda özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Futbolçu da artıq formasını bərpa etdiyini deyib: “İndi yorğunluq yoxdur. Komanda üzvləri əvvəlki formalarındadırlar”.

İddialı komandaların baş məşqçiləri çempionluq yolunda “Qarabağ”ı da favoritlər sırasında görürlər. Amma nədənsə ağdamlılar heç vaxt çempion olmaq istədiklərini dilə gətirməyiblər. Nəhayət yarımmüdafiəçi bu cəhətdən fərqlənməyi bacardı: “Əsas namizəd “Neftçi” və “Xəzər Lənkəran”dır. Biz də çempion olmaq istəyirik. Ən azı mövsümü ilk “üçlük”də qapamaq niyyətindəyik. Məqsədimiz yenidən avrokuboklarda Azərbaycanı təmsil etməkdir”.