QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” və “Xəzər Lənkəran” nümunəsi (apasport.az)
“Qarabağ” klubunun rəsmi saytı Azərbaycan Premyer Liqasının XXV turunun “Neftçi” ilə görüşünə böyük diqqət ayırır. Apasport.az-ın məlumatına görə, ağdamlılar derbi matçı ərəfəsində “Qarabağ” – “Neftçi” görüşlərinin tarixi ilə bağlı geniş yazı hazırlayıb. Burada komandaların müstəqillik dönəmindəki 19 illik tarixi ilə bağlı maraqlı faktlar yer alıb.
Bu materialla “Qarabağ”ın saytı bir daha tarixinə önəm verdiyini göstərib. Hər halda, çempionatımızın 12 klubu arasında Ağdam təmsilçisi və “Xəzər Lənkəran”dan başqa, heç bir klub saytı özü, tarixi və statistikasına belə həssas deyil.

Onlar ya nadir hallarda buna fikir verir, ya biganəlik göstərir, ya da ümumiyyətlə keçmişindən xəbərsizdirlər. Bu səbəbdən onlar üçün əla nümunə var: “Qarabağ” və “Xəzər Lənkəran” nümunəsi.

“Neftçi” – “Qarabağ” duelləri ilə bağlı maraqlı faktlar
*** İndiyə kimi tərəflər arasında 54 oyun keçirilib.
*** 54 oyunun 42-si çempionatda, 12-si isə kubokda baş tutub.
*** Çempionatda tərəflər hərəyə 11 qələbə qazanıb. 2000/2001 mövsümündə “Neftçi”yə 3:0-lıq texniki qələbə verilib.
*** “Qarabağ” kubokda 5 dəfə qələbə qazansa da, rəqib 3 dəfə qələbəyə sevinib.
*** 54 oyunda “Neftçi” 48, “Qarabağ” isə 39 qol vurub
*** “Qarabağ” “Neftçi”yə səfərdə 5 il, başqa sözlə, 1873 gündür məğlub olmur.
*** Sonuncu dəfə “Qarabağ” səfərdə “ağ-qaralar”a 2006-cı ilin fevralın 16-sında məğlub olub -0:2.
*** Noyabrın 28-də “Neftçi”nin ev arenası sayılan Tofiq Bəhramov adına Respublika stadionunda məğlub olsa da, həmin matçda “Qarabağ” formal ev sahibi idi.
*** Həmin oyuna qədər (sonuncu) “Qarabağ” əzəli rəqibinə qarşı 11 oyun məğlub olmurdu.
*** “Qarabağ” – “Neftçi” duellərində ən çox qol vuran futbolçu Müşfiq Hüseynovdur (8).
*** “Neftçi”nin heyətində “Qarabağ”a ən çox qol vurmuş Qurban Qurbanovdur (5).
*** “Qarabağ” baş məşqçisi Qurban Qurbanov, köməkçisi Müşfiq Hüseynovdur.
*** Nazim Əliyev, Georgi Adamiya, Tərlan Əhmədov, Vidadi Rzayev hər 2 komandanın heyətində fərqlənən futbolçulardır.
*** Səttar Əliyev “Neftçi”yə qol vurmaqla yanaşı bir oyunda avtoqola imza atıb.
*** Duellər tarixində 2-ci avtoqola isə Elxan Müslümov imza atıb (“Qarabağ”).
*** Duellər ərzində tərəflər hərəyə 2 dəfə (“Qarabağ” - Mehman Alışanov, Emin Salmanov. “Neftçi” - Qurban Qurbanov, Yunis Hüseynov) penaltidən qola seviniblər.
*** “Neftçi”yə sonuncu məğlubiyyətə qədər “ağ-qaralar” “Qarabağ”ı yendiyi zaman (27 aprel 2007, 0:2) baş məşqçisi Qurban Qurbanov olub. Qollardan birinə isə hazırda “Qarabağ”ın şərəfini qoruyan Adamiya imza atıb.
*** Tərəflər arasında oyun ən çox 2003/04 mövsümündə azarkeş toplayıb (15500).
*** “Qarabağ” – “Neftçi” arasında vərəqəsiz çempionat olmayıb.
*** İndiyə kimi derbidə 9 qırmızı vərəqə göstərilib.
*** Aslan Kərimov 2 dəfə meydanı vaxtından əvvəl tərk etməklə liderdir
*** Qırmızı vərəqə alanlardan Arif Əsədov “Neftçi”nin baş məşqçisi, Elçin Rəhmanov isə “Qarabağ”ın məşqçisidir.
*** “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov “Qarabağ”a, “Neftçi”dən həmkarı Arif Əsədov isə “Qarabağ”lıykən “Neftçi”yə qol vurub.
*** Hazırda 10 futbolçu hər 2 komandanın heyətində top qovub.
*** Tərəflər ən Respublika stadionunda qarşılaşıblar: 26 dəfə.
*** İndiyə kimi tərəflər 5 şəhər, 4 qəsəbə, 11 stadionda üz-üzə gəliblər.
*** Derbini ən çox Xaqani Məmmədov (11), Vüsal Əliyev və Rövşən Əhmədov idarə ediblər (7