QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
\"Qarabağ\" \"Latsio\" və \"Rubin\"i qabaqladı (qol.az)

Avropanın ən güclü futbol klublarının yeni reytinq siyahısı açıqlanıb. Qol.Az-ın məlumatına görə, ən nüfuzlu statistika portalı olan "infobank" son bir il üçün nəzərdə tutulan reytinq siyahısını yeniləyib.

Bu sıralamada Avropanın ən yaxşı 420 klubu yer alıb. Azərbaycan isə bu siyahıda 7 komanda ilə təmsil olunub.

Ən yaxşı göstərici yenə də "Qarabağ" klubuna məxsusdur. Ağdam təmsilçisi 87-ci pillədə qərarlaşmaqla 88-ci olan Rusiyanın "Rubin", 98-ci olan Türkiyənin "Trabzonspor" və 100-cü olan İtaliyanın "Latsio" kimi klubları qabaqlayıb.

Digər təmsilçilərimiz olan "Xəzər Lənkəran" 132, "Neftçi" 180-cı, "Bakı" 218-ci, "İnter" 224-cü, AZAL isə 238-ci pillədə qərarlaşıb. Zaqatalanın "Simurq" klubu isə 405-ci sırada yer alıb.

Ümumi siyahıya isə İspaniya klubları başçılıq edir. Bunlardan "Real" 1-ci, "Barselona" 2-ci, "Vilyarreal" isə 4-cü pillədədir. Portuqaliyanın "Porto" klubu isə 3-cü yerdə qərarlaşıb.