QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Tahir Gözəl \"Qarabağ\"ın hədəfini Fanat.az-a açıqladı (fanat.az)

"Çempionluq mübarizəsi bitdi, indi Avropada öz sözümüzü demək istəyirik"

Fanat: "Maraqlı və gözəl oyun oldu. Fikrimcə, "Qarabağ" qələbəni haqqı etdi. Allahın köməkliyi ilə üç xalı qazandıq. Nəticədən razı qaldım". Bu sözləri "İnter"lə oyundan sonra Fanat.az-a açıqlamasında "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl deyib.
Artıq çempionluq mübarizəsinin bitdiyini düşünən Tahir bəy "Qarabağ"ın bundan sonrakı hədəfini Fanat.az-a açıqlayıb: "Birinci pillə ilə aramızda xal fərqi çoxdu. Amma biz mübarizəmizi davam etdirəcəyik. Yekun nəticəni indidən bilmək olmaz. "Qarabağ" bu il indiyədək heç olmadığı qədər güclüdü. Bundan sonra hədəfimiz Avropada sözümüzü deməkdi. Premyer Liqanı ikinci pillədə tamamlayıb, Avropa Liqasında ötən ilkindən daha böyük uğur qazanmaq istəyirik".