QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Georgi Adamiya: “Bir-birimizi gözübağlı da başa düşürük” (penalti.az)

kinci pilləni tutmağımız da uğurlu nəticə olacaq

 

“Qarabağ”ın yarımmüdafiəçisi Georgi Adamiya Premyer Liqanın 28-ci turunun “İnter”lə oyunundan (1:0) sonra sualları cavablandrıb.

- Nəhayət ki, qələbəsizlik sindromuna son qoya bildiniz. Komandanızınoyunununecə qiymətləndirirsiz?
- “Altılığ”ın bütün oyunlarında olduğu kimi, bu qarşılaşmada da gərgin keçdi. Özü də rəqibimiz ilk 3-4 komanda arasına düşməyə çalışdığından işimiz elə də asan olmadı. Axı onlar da avrokuboklara vəsiqə qazanmaq iddiasındadırlar. Birinci hissədə biz çox yaxşı oynadıq. Amma ikinci hissədə heç də hər şey alınmırdı.

- Amma qolu məhz ikinci hissədə vurdunuz...
- Hər istəyimizə çatdıq, penaltidən də olsa, qol vurduq. Ancaq Əfran İsmayılov real qol şansından istifadə edə bilsəydi, bunu oyundan da edə bilərdik. Hər halda belə alındı ki, oyunun taleyini penalti həll etdi.

- Komandanın iki ən çox qol vuran oyunçusu olan Adamiya ilə Rauf Əliyevin yalnız ikinci hissədə meydana çıxması nə ilə əlaqədar idi?
- (Gülür) Yəqin ki, Qurban Qurbanovun oyunla bağlı planlarının tərkib hissəsiydi. Bunu baş məşqçi daha yaxşı bilər. Əsas odu ki, sonda qalib gələn biz olduq.

- Amma oyun ərzində komandanız demək olar ki, topu rəqibə vermədi...
- Biz daima texnikalı futbol sərgiləməyə çalışırıq. Uzun müddətdi bir yerdə çıxış etdiyimiz üçün bizdə anlaşma da yüksək səviyyədədi. Demək olar ki, bir-birimizi gözübağlı da başa düşürük. Gördüyünüz kimi, bu, oyunumuza da təsirsiz ötüşmür.

- Son turlar göstərir ki, siz ancaq “Xəzər Lənkəran”la ikincilik uğrunda mübarizə aparmalısız...
- “Neftçi” daha çətin ki, bu üstünlüyünü əldən versin. Bizim üçün yalnız ikinci olmaq şansı realdı. Prinsipcə, biz yalnız buna ümid edə bilərik və gümüş medalları kiməsə verməyə hazırlaşmırıq. Mümkün qədər çox xal toplayıb, ikinci pilləni tutmalıyıq. İkinci olmağımız da pis nəticə sayılmayacaq.

- Deməli, hər şeyə 30-cu turda “Xəzər Lənkəran”la oyunda aydınlıq gələcək?
- Təkcə həmin turda demək olmaz. Bu oyunda qələbə qazanıb digər matçlarda uduzsaq, bu, qətiyyən xeyrimizə olmaz. Odu ki, son tura kimi mümkün qədər maksimum xal toplamalıyıq.