QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” “Qalatasaray”ı da arxada qoydu (apasport.az)

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, cədvəlin üst pillələrində dəyişikliklər baş verib. Neçə vaxtdır planetin əm güclüsü olan İtaliyanın “İnter” klubu zirvəni əldən verib – 250 xal.

Hazırda 5-ci olan milanlıların mövqeyini isə İspaniya “Barselona”sı ələ keçirib – 300 xal. İkinci olan digər ispan təmsilçisi “Real”ın 298, üçüncü olan Portuqaliya “Porto”sunun 278 xalı var. Onların hərəsi 1 pillə irəliləyib.

Planetin ən yaxşı 416 komandası arasında Azərbaycanın yeganə təmsilçisi “Qarabağ”dır. Hesabında 82 xal olan Ağdam təmsilçisi ötən ayla müqayisədə 9 pillə irəliləyərək 209-cu yerə yüksəlib.

Təmsilçimizin arxada qoyduğu komandalar sırasında məşhur adlar da var. Ötən ay 207-ci olan Türkiyənin “Qalatasaray” klubu 80 xalla artıq 212-ci yerə şərikdir. İstanbullularla yanaşı, Fransa “Bordo”su da son 1 ayda arxada qoyulanlar sırasındadır. Ötən ay 208-ci olan bordolular da “Qalatasaray” kimi indi 212-cı yeri bölüşür.

Qeyd edək ki, Azərbaycan çempionu adını qazanan “Neftçi”yə dünyanın ən güclüləri arasında yer tapılmayıb.