QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
\"Qarabağ\" \"Qalatasaray\" və \"Everton\"u qabaqladı (qol.az)

Ağdamın "Qarabağ" klubu irəliləməkdə davam edir. Qol.Az-ın məlumatına görə, Azərbaycanın Avrokuboklarda yeganə uğurlu təmsilçisi və beynəlxalq arenada ölkəmizə təkbaşına reytinq qazandıran "Qarabağ" klubu daha da yuxarı pillələrə qalxıb.

Dünyanın məşhur Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) yeni reytinq cədvəlini açıqlayıb. Son aylarda müntəzəm olaraq irəliləyən "Qarabağ" daha 9 pillə irəliləyərək dünyanın ən güclü klubları sırasında 209-cu pilləyə qalxıb.

Qurban Qurbanovun komandası 82 xalla bu pilləni Qətərin "Əl-Sədd", Meksikanın "San Luis" klubları ilə bölüşüb. "Qarabağ" reytinq siyahısında irəliləməklə Fransanın "Bordo", İngiltərənin "Everton", Türkiyənin "Qalatasaray" kimi dünyanın tanınmış komandaları geridə buraxıb.

Siyahıya ispan nəhəngləri "Barselona" və "Real" klubları başçılıq edir. İlk 3-lüyü isə cari mövsüm olduqca uğurlu çıxış edən "Portu" tamamlayır.