QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” “Qalatasaray” və \"Bordo\"nu da geridə qoydu (fanat.az)

İFFHS yeni reytinq cədvəlini açıqladı

Fanat: "Qarabağ" irəliləməkdə davam edir. Fanat.az xəbər verir ki, dünyanın məşhur Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) yeni reytinq cədvəlini açıqlayıb. Son aylarda müntəzəm olaraq irəliləyən "Qarabağ"  daha 9 pillə irəliləyərək dünyanın ən güclü klubları sırasında 209-cu pilləyə qalxıb. "Qarabağ" 82 xalla bu pilləni Qətərin "Əl-Sədd", Meksikanın "San Luis" klublarıyla bölüşüb. Ağdamllılar reytinq siyahısında irəliləməklə Fransanın "Bordo", İngiltərənin "Everton", Türkiyənin "Qalatasaray" kimi dünyanın tanınmış komandalarını geridə buraxıb.
Siyahıya ispan nəhəngləri "Barselona" və "Real" başçılıq edir. İlk 3-lüyü cari mövsüm olduqca uğurlu çıxış edən "Portu" tamamlayır.