QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Kubok Lənkərana getdi

Azərbaycan kubokunun final oyununda `İnter` və `Xəzər Lənkəran` komandaları qarşılaşıb. Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək oyun 20:00-da başlanıb.

Final oyunundan öncə isə - saat 18:30-dan etibarən Azərbaycanın estrada ulduzları - Manana və Röyanın, həmçinin reper Hüseyn Dərya və meyxanaçı Namiq Qaraçuxurlunun iştirakı ilə şou-proqram təşkil olunub.
Matç isə hər iki komandanın ehtiyatlı oyunu ilə başlanıb. Nə `XL`, nə də `İnter` hücuma çıxarkən arxa xətdə boşluq verməyib. Bunun nəticəsi kimi, ilk hissə qolsuz başa çatıb.
İkinci hissədə də tərəflər ehtiyatlı oyuna üstünlük verib. Ara-sıra təhlükəli vəziyyətlər yaransa da, matçın əsas vaxtında hesab açılmayıb. Əlavə vaxt isə qollu başlayıb.
Əlavə edilmiş ilk hissədə `Xəzər Lənkəran` hesabı açıb. Ancaq failəyədək `İnter` bərabərlik qolunu vurub. Belə olan halda qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub.
Burada isə Lənkəran futbolçuları daha dəqiq olub və `Xəzər Lənkəran` qələbə qazanaraq Azərbaycan kubokunu başı üzərinə qaldırıb.

Azərbaycan kuboku
Final
24 may

`İnter` - `Xəzər Lənkəran` - 1:1 (penaltilərlə - 4:2)
Qollar: Uinston Parks, 91 (0:1) - Girts Karlsons, 100 (1:1).
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Munis Abdullayev, Əliyar Ağayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Əhmədağa Cabbarov