QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qarabağ futbolunun 60 illiyinə həsr olunmuş turnir başa çatdı (qol.az)

Mayın 14-də start götürmüş "Əmrahbank"ın baş sponsorluğu ilə Qarabağ futbolunun 60 illiyinə həsr olunmuş "İmarət kuboku"na yekun vurulub. Qol.Az-ın məlumatına görə, turniri "İmarət" fan-klubu təşkil etdiyi üçün müsabiqəyə "İmarət"ə yaxın qurumlar dəvət olunmuşdu.

Turnirin bütün oyunları Neftçilər metrosu yaxınlığındakı "START" idman kompleksinin futbol meydançasında keçirilib. Finalda QAT-ın Bozqurd və "Əmrahbank" komandaları qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyun 8-6 hesabı ilə "Əmrahbank"ın xeyrinə başa çatıb.

Oyundan sonra mükafatlandırma mərasimində QAT-ın sədri Akif Nağı qalibləri təbrik edərək hər birinə Qarabağın 20 illiyinə həsr olunmuş kitab bağışlayıb. Qaliblərə kuboku "Qarabağ"ın əfsanəvi kapitanı Aslan Kərimov təqdim edib. Bundan əlavə "İmarət kuboku"nu qazanan "Əmrahbank" komandasına diplom və "Qarabağ" formaları da bağışlanıb.

Sonda iştirakçılar turnirin təşkil edilməsinə görə "Əmrahbank"ın rəhbəri Yunis İldırımzadə, "Qarabağ" klubunun icraçı direktoru Əmrah Çəlikəl və İmarət fan-klubu üzvlərinə təşəkkürlərini bildiriblər.