QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
\"Qarabağ\" - \"Banqa\" matçının hakimləri müəyyənləşdi (qol.az)

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Ağdamın "Qarabağ" klubu iyulun 7-də evdə ilk oyununa çıxacaq.

Qol.Az-ın məlumatına görə, Litvanın "Banqa" klubu ilə cavab görüşü Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Artıq "Qarabağ" - "Banqa" matçını idarə edəcək hakimlər də müəyyənləşib. Həmin görüşü ukraynalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi isə Yuri Mojarovski olacaq.

Qeyd edək ki, bu komandalar arasında iyunun 30-da Litvada keçiriləcək oyunun hakimləri isə hələlik məlum deyil.