QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” artıq “Qalatasaray”a da yuxarıdan aşağı baxır (apasport.az)

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda Azərbaycanın 1 təmsilçisi var. Bu, Ağdamın “Qarabağ” klubudur. Hesabında 94 xal olan Qurban Qurbanovun yetirmələri 168-ci yerə şərikdir. Onlar bu mövqeni “Serkl Brügge” (Belçika), “Nitsa” (Fransa) və “Zestafoni” (Gürcüstan) klubları ilə bölüşür.

Ötən ay 215-ci olan “Qarabağ” Avroliqanın Litva “Banqa”sı ilə oyunundakı darmadağın (4:0) sayəsində 47 pilləlik sıçrayışa nail olub. Komandamızın keçdiyi klublar sırasında “Latsio”, “Parma” (hər ikisi İtaliya), “Fulhem” (İngiltərə) və 204-cü olan “Qalatasaray” (Türkiyə) var. Hesabında 86 xal olan “Cim Bom” 194-cü pillədən 10 addım geriləyərək “Qarabağ”dan 36 mövqe aşağıdadır.

Qeyd edək ki, siyahıda ilk 3 pilləni İspaniyanın “Barselona” (317), “Real” (307) və Portuqaliyanın “Portu” (291,5) klubları tutur.