QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Əmrah Çəlikəl: “Bəzi insanlar uşaqların zəhmətini yerə vurmağa çalışırlar” - MÜSAHİBƏ (stadium.az)

"Qarabağ"ın idman direktoru Işık Əmrah Çəlikəlin Stadium.Az saytına özəl müsahibəsi:

- Əmrah bəy, əvvəlcə "Banqa" üzərində qazanılan 4:0 hesablı möhtəşəm qələbə barədə təsuratlarınızı bilmək maraqlı olardı...

-  Əlbəttə, çox sevindiricidir. Orada yerli azarkeşlərin bizim komandanı ayaq üstə alqışlayaraq təbrik etmələri bizim üçün xüsusən sevindirici oldu. Artıq "Qarabağ" Avropada öz sözünü deyən bir komandadır. Orada 4:0-a sevinənlər də çox idi, çünki hesab "Banqa" üçün daha biabırçı ola bilərdi. Bu o demək deyil ki,  bəzilərinin səsləndirdiyi kimi, "Qarabağ"a zəif rəqib düşüb, bu heç də belə deyil. Çünki "Banqa" ötən mövsüm çempionatlarında 5-ci olub, kubokdada final oynayıb. Sədəcə olaraq bu görüşdə çox yaxşı və sistemli oyun nümayiş etdirdik ki, bu da baş məşqçi Qurban Qurbanovun əməyinin nəticəsi idi.

- Sizə elə gəlmir ki, sizin və bizim komandamız Litva klubunu taktiki cəhətdən üstələdi?

- Bunu siz jurnalistlər və baş məşqçimiz daha yaxşı dəyərləndirər. Bu barədə ancaq onu deyə bilərəm ki, meydanda çox peşəkar, hazırlıq səzviyyəsi əla olan, gözəl oyun nümayiş etdirən və mütəşəkkil təşkil olunmuş bir "Qarabağ" vardı. Qısası, meydanda özünə inanan və rəqibə diqtə edən komandamız qələbə qazandı. O fikirlərlə qəti razı deyiləm ki, püşkdə "Qarabağ"ın bəxti gətirdi. Avropada zəif rəqib olmur. Püşkatma zamanı səpələnmiş komandaların arasında olmamağımızın səbəbi də son iki ildə qazandığımız uğurlardı. Bu mövsüm iki xal daha yığdığımız halda, gələn mövsümdən iki komanda - kubokun qalibi və ikinci klub da avroliqanın ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Bu danışılanlar bizə xoş gəlmir. Bununla bəzi insanlar uşaqların zəhmətini yerə vurmağa çalışırlar.

- Amma etiraf edin ki 4:0 hesabını gözləmirdiz?

- Elə futbolun gözəlliyi də bundadır. Biz gözləmirdik, amma gözlədiyimizdən daha yaxşı alındı. İnanıram ki,  Bakıda da gözəl komanda görəcəyik. Bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Buna kimi bizi daha zəif komanda kimi qəbil edirdilər, artıq hamı bizə baxır, güclü rəqib kimi qəbul edirlər. Oyundan iki gün qabaq bizə dedilər ki, biletlər artıq satılıb qurtarıb. Çünki ora hər zaman belə güclü komanda getmir.

- Hadisələri qabaqlamayaq, qabaqda "Banqa" ilə ikinci oyun olsa da, sizin Farer Adaları təmsilçisi ilə oyunlar barədə düşüncələrinizi bilmək istəyirəm...

- "Banqa" ilə oyundan əvvəl Qurban müəllimin köməkçiləri ora gedərək rəqibi iş başında izləmişdi. Bunun da nəticəsini gördük. Yəqin yenə belə olacaq. Mənə elə gəlir, yenə də yaxşı olacaq.

- "Bakı"da paslanan Bəxtiyar Soltanov "Qarabağ"da ilk oyunundaca qol vurdu. Bu futbolçunun keçidi barədə fikirləriniz?   

- Arıq futbolçu kimi özünü subut etmək istəyən hər bir oyunçu "Qarabağ"a gəlmək istəyir. Rəhbərlik olaraq bu da bizi sevindirir. Yerli oyunçulara xüsusi önəm göstəririk. Elə İlqar Qurbanovu da bura əlavə edə bilərəm. Bəxtiyar bizə çox tez uyğunlaşdı. Hətta o, o oyunda ikinci qolu da vura bilərdi. Ümid edirəm ki, Bəxtiyarın futbolçu karyerasında "Qarabağ"ın xüsusi yeri olacaq.

- Mətbuatda və saytlarda yazılanlara inansaq, rəhbərlik futbolçu transefini qapayıb, yəni bura pul ayırmayıb. Amma öyrəndiyimizə görə, bunu baş məşqçi özü istəməyib ki, gələn legioner komandadakı atmosferi poza bilər. İndi bunun hansı doğrudur?

- Bizim komandaya gəldiyi gündən Qurban müəllimə lazım olan hər bir şəraiti yaratmışıq. Bu, bundan sonra da belə olacaq. Bizim, şəxsən mənim onunla münasibətim məşqçi rəhbər deyil, bir dost və qardaş münasibətidir. Bu da işin yaxşı getməsinə müsbət təsir göstərir. Rəhbərliyimizin bizə çox böyük dəstəyi və inamı var. Biz istəsək yenə də futbolçu ala bilərdik. Amma bu legioner olacaqdı. "Qarabağ"ın da əsas misiyası yerli oyunçuları yetişdirib üzə çıxartmaqdır. Bu mənada da Qurban  müəllim bizimlə həmfikirdir. Bu da Qurban müəllimin önünün açmasına xidmət edir.

- Öyrəndiyimizə görə, "Xəzər-Lənkəran"dan Rahid Əmirquliyevi və "Neftçi"dən Araz Abdullayevi almaq istəyirsiz...

- Bu futbolçularla heç bir danışığımız olmayıb. Olsaydı o futbolçuların klubları ilə danışardıq. Bizim Mais, Tuyqun və Sadıq müəllimlə çox gözəl münasibətlərimiz var. Belə söhbət olsaydı, onlarla danışardıq.

- Məlum məsələdir ki, "Qarabağ" ikinci mərhələni adlayacağı halda sonrakı rəqib daha güclü olacaq. Bu halda daha səviyyəli transferlər həyata keçirilə bilər?

- Düzdü, üçüncü mərhələdə rəqiblər daha güclü olacaq. Əgər baş məşqçimiz məsləhət bilsə, buna yüz faiz baxılacaq. Çünki biz Azərbaycan çempionatında oynamırıq. Biz avropada Azərbaycanı və Qarabağ adını təmsil edirik. Buna görə də uğur qazanmaq üçün nə lazım olsa, hamısını həyata keçirəcəyik.

- Jurnalistlər fikir səsləndirirlər ki, Qurban Qurbanov millini çalışdırsın. Əgər belə variant olarsa, "Qarabağ" klubu baş məşqçilərinin iki yerdə işləməsinə icazə verər?

- Bizə belə bir təklif olmayıb. Amma bizim üçün millimizin və millətimizin mənafeyi hər şeyin üstündədir. Belə vəziyyət yaranarsa, buna etiraz etmərik. Onsuz da millinin futbolçularının çoxunu bizim komandanın oyunçuları təşkil edir. Bizim prezidentimiz və vitse prezidentimiz Azərbacanı çox sevən insanlardı. Buna görə də, onlar millimiz üçün yaxşı olacaq hər bir işin altına imza atar.

Söhbət etdi: Vüsal BƏBİRLİ