QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Milli `Dalğa`da sevinə bilmədi

Azərbaycan millisi Bakıda Makedoniya yığması ilə beynəlxalq yoldaşlıq görüşü keçirib. Mərdəkandakı `Dalğa Arena`da keçirilən qarşılaşmanın taleyini İtaliyanın `İnter` klubunun məşhur oyunçusu Qoran Pandevin vurduğu yeganə qol həll edib.
Oyuna gəldikdə, komandamız matça fəal başlayıb. Görüşün əvvəlində Rahid Əmirquliyev və Fabio Luis Ramimin təhlükəli zərbələri yaddaqalan olub. Rəqib futbolçu Traykovskinin fərqlənməsinə Kamranın vaxtında önə çıxması mane olub.
58-ci dəqiqədə Pandev  hesabı açıb. Oyunun sonuna qədər hesab dəyişməyib.Qeyd edək ki, bu millimizin makedoniyalılarla 5-ci oyunu idi. Buna qədər  rəqiblə 2 rəsmi və 2 yoldaşlıq görüşündə qarşılaşmışdıq. Bakıdakı oyunda rəqiblə heç-heçə oynamışıq (1:1). Varna, Skopye və Bişofşofendə baş tutan matçlarda isə makedoniyalılara uduzmuşuq (1:2, 0:3, 1:3).

Azərbaycan: Kamran Ağayev, Rəşad Sadıqov (k), Vurğun Hüseynov, Elnur Allahverdiyev, Aleksandr Çertoqanov, Rahid Əmirquliyev, Fabio Luis Ramim, (Cavid Hüseynov, 75), Mahir Şükürov, Əfran İsmayılov (Ufuk Budak, 64), Elvin Məmmədov (Arif İsayev, 28), Rauf Əliyev (Murad Hüseynov, 66).
Baş məşqçi: Berti Foqts.
Makedoniya: Tome Paçovski, Stefan Ristovski, Qoran Popov, Vançe Şikov, Daniel Moysov, Ferhan Hasani (Vladimir Dimitrovski, 85), Muhammed Demiri (Slavço Georgiyevski, 77), Veliçe Şumulikoski (Stefan Spirovski, 66), Aleksandr Traykovski (Vlatko Qrozdanovski, 57), Qoran Pandev (k), İvan Triçkovski (Samir Fəzli, 46).
Baş məşqçi: Boban Babunski.

Azərbaycan – Makedoniya – 0:1
Qol: Pandev, 58