QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Millimiz Belçikanı saxladı


Avropa çempionatının seçmə mərhələsi çərçivəsində millimiz Belçikanı qəbul edib.
Görüş sakit məcrada başlansa da, belçikalıların üstünlüyü ilk dəqiqələrdən nəzərə çarpıb. Bununla belə, ilk hissədə hesab açılmayıb. İkinci hissədə isə hakim qapımıza penalti təyin edib. Rəşad Sadıqovun kobud oyunundan sonra Simons hesabı açıb.

Lakin futbolçularımız oyunda dönüş yaratmağı bacarıblar. Matçın sonlarında millimiz hesabı bərabərləşdirib. Matçın sonuna qədər Belçikanın bir neçə qol ikmanı olsa da, bunlardan yararlana bilməyib və matç heç-heçə ilə başa çatıb.

A qrupu
2 sentyabr
21:00. AZƏRBAYCAN – BELÇİKA - 1:1
QOL: Simons, 55-p, Rauf Əliyev, 86
SARI VƏRƏQƏLƏR: Kompani, 30, Fellaini, 41, Nəbiyev, 55, Allahverdiyev, 69, Lomberts, 77, Məmmədov, 82
Azərbaycan: 1. Kamran Ağayev, 4. Mahir Şükürov, 5. Elnur Allahverdiyev, 7. Vaqif Cavadov, 8. Aleksandr Çertoqanov (10. Branimir Subaşiç, 83), 11. Rauf Əliyev, 13. Vurğun Hüseynov, 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov (19. Rahid Əmirquliyev, 65), 16. Aqil Nəbiyev, 22. Əfran İsmayılov.(21. Elşən Məmmədov, 58)
Ehtiyat oyunçular: 23. Andrey Popoviç, 2. Rail Məlikov, 3. Saşa Yunisoğlu, 6. Rəşad Sadiqov.
Baş məşqçi: Berti Foqts.
Belçika: 1. Simon Minyolet, 2. Tobi Alderveyreld, 3. Yan Vertongen, 4. Vinsent Kompani (k), 5. Nikolas Lomberts, 6. Timmi Simons, 7. Eden Hazard, 8. Maruan Fellaini, 9. Romelu Lukaku (14. İqor De Kamarqo, 61) . 10. Aksel Vitsel, 11. Dries Mertens.
Ehtiyat oyunçular: 12. Jan-Fransua Jile, 13. Laurent Kiman, 15. David Hubert, 17. Yelle Vossen, 19. Vadis Odjidja, 20. Yelle Van Damm.
Baş məşqçi: Jorj Leeken.
Baş hakim: Li Probert
Hakim köməkçiləri: Simon Bek, David Riçardson
Ehtiyat hakim: Maykl Lesli Din (hamısı İngiltərə)
Hakim-inspektor: Jan Fasunq (Avstriya)
UEFA nümayəndəsi: İvan Lekov (Bolqarıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu