QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Milli 7 xalla 5-də bitirdi

Futbol üzrə milli komandamız Avro-2012-nin seçmə mərhələsində sonuncu oyununu keçirib. Türkiyədə qardaş ölkənin yığması ilə qarşılaşan komandamız məğlub olub. Oyunda sadəcə 1 qol vurulub. Bir saatın tamamında cari mövsümü fantastik keçirən Burak Yılmaz Selçuk İnanın uzun ötürməsini dəqiq tamamladı.  Bununlada millimiz seçmə turniri 7 xalla bitirdi.
TÜRKİYƏ – AZƏRBAYCAN 1:0
İstanbul. `Türk Telekom Arena` stadionu
Qol: Burak, 60

Türkiyə: 12. Sinan Bolat, 3. Hakan Balta, 4. Gokhan Zan, 5. Əmrə Bəlözoğlu (k) (20. Gökhan Töre, 79), 6. Hamit Aktıntop, 14. Arda Turan, 15. Mehmet Topal, 17. Burak Yılmaz (9. Ümit Bulut, 88), 18. Kazım Kazım (Səlcuq İnan, 57), 19. Egemen Korkmaz, 22. Səbri Sarıoğlu
Ehtiyat oyunçular: 22. Hakan Arıkan, 7. Gökhan Gönül, 8. 10. Mehmet Ekiçi, 21. Ömər Toprak
Baş məşqçi: Quus Hiddink

Azərbaycan: 1. Kamran Ağayev, 4. Mahir Şükürov, 8. Aleksandr Çertoqanov, 10. Branimir Subaşiç, 13. Vurğun Hüseynov, 14. Raşad Sadıqov (k), 15. Ruslan Abışov, 17. Vüqar Nadirov, 21. Vladimir Levin, 20. Ufuk Budak (19. Rahid Əmirquliyev, 90+2), 22. Əfran İsmayılov (16. Elşən Məmmədov, 46/18. Arif İsayev, 86)
Ehtiyat oyunçular: 23. Andrey Popoviç, 2. Rail Məlikov, 5. Elnur Allahverdiyev, 6. Rəşad Sadiqov,
Baş məşqçi: Berti Foqts.