QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Azərbaycan kubokunun 1/8 finalçıları müəyyənləşdi

Bu gün Azərbaycan kubokunda yeni mövsümə start verilib. XX ölkə kubokunda matçlar 1/16 final mərhələsindən başlayıb.

Bu mərhələdə əsasən birinci divizion klubları münasibətlərinə aydınlıq gətirib. Premyer Liqadan isə sadəcə `Sumqayıt Şəhər` mübarizəyə 1/16 finaldan qoşulub.
 
Debütantın rəqibi isə `Lokomotiv` klubu olub. İlk hissəsi 0:0 başa çatan oyunda hesab fasilədən sonra açılıb. Samir Abdulov (66) və Kamil Nurəhmədov (89) qolları `Sumqayıt Şəhər`ə qələbə qazandırıb.

Günün digər oyunlarında isə `Şahdağ` `Muğan`a, `Neftçala` `Tərəqqi`yə, `Qaradağ Lökbatan` `Şuşa`ya, `Bakılı` isə `Karvan`a qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıblar.

Qeyd edək ki, 1/8 final mərhələsində bu cütlüklər qarşılaşacaq:

AZAL - `Şahdağ`
`Qəbələ` - `Neftçala`
`Xəzər Lənkəran` - `Qaradağ Lökbatan`
`Kəpəz` - `Bakılı`
`İnter` - `Turan`
`Qarabağ` - `Sumqayıt Şəhər`
`Simurq` - `Neftçi`,
`Bakı` - `Rəvan` 

 

26 oktyabr (çərşənbə)

Ölkə kuboku, 1/16 final mərhələsi

14:00. `Şahdağ` - `Muğan` - 4:1
Qollar: Zahid Tayıbov, 35 (1:0), Fair Əmirquliyev, 44 (2:0), 77 (4:1), Ceyhun Əliyev, 45 (2:1), Yusif Yusifzadə, 55 (3:1)
Qırmızı vərəqə: Qüdrət Ağayev, 40
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Elşən Durmuşov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Gülağa Cabarov
Şövkət Orduxanov adına Qusar şəhər stadionu

14:00. `Tərəqqi` - `Neftçala` - 0:1
Qol: Qalib Əmrahov, 70 (0:1)
Qırmızı vərəqə: Qeyrət Əliyev, 44
Hakimlər: Ceyhun Haşımov, Elşən Acalov, İsgəndər Əliyev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Füzuli Nəcəfov
Gəncə şəhər stadionu

14:00. `Lokomotiv` - `Sumqayıt Şəhər` - 0:2
Qollar: Samir Abdulov, 66 (0:1), Kamil Nurəhmədov, 89 (0:2)
Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Rza Məmmədov, Xəlil Hüseynli
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Kərim Ağayev
`Bakı` FK-nın təlim-məşq bazasının stadionu

14:00. `Şuşa` - `Qaradağ Lökbatan` - 2:3
Qollar: Novruz Ələkbərov, 8 (0:1), Nicat Tağıyev, 38 (0:2), Röyal Nəcəfov, 44 (1:2), 59 (2:3), Tofiq Qədimov, 52 (1:3)
Hakimlər: Anar Niyazov, Şakir Quliyev, Ruslan Quliyev, Rəşad Aydınov
AFFA nümayəndəsi: Ramiz Əliyev
Hakim-inspektor: Fazil Mürşüdov
`Şəfa` stadionu

14:00. `Bakılı` - `Karvan` - 2:1
Qollar: Ramin Nəsibov, 55 (1:0), Aqşin Həşimov, 80 (1:1), Əli Hüseynov, 108-pen (2:1)
Hakimlər: Fuad Həsənov, Aleksandr Musatkin, Nahid Əliyev, Hümmət Məmmədov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Akif Məmmədov
`Şəfa` stadionu, IV meydança