QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Əmrah Çəlikəl: `Məsuliyyəti Qurbanovun üstünə atmıram` (premyerliqa.az)
"Əgər ortada bir səhv varsa, bu, təkcə onun yox, bütün "Qarabağ" ailəsinin problemidi"
 
"Qarabağ"ın direktoru Əmrah Çəlikəlin Premyerliqa.az saytına müsahibəsi
 
- "Qarabağ" son 5 turdan sonra cəmi 4 xal qazanıb. Yəqin ki, komandanın çıxışı sizi qane edə bilməz.
- Əlbəttə, bu, bizim istədiyimiz vəziyyət deyil. Amma inşallah, tezliklə bu vəziyyətdən çıxacağıq.
 
- Klub rəsmisi kimi komandanın zəif çıxışının səbəblərini nədə görürsünüz?
- Bunun bir çox səbəbləri var. Bilirsiniz ki, "Neftçi" ilə son oyunda komandamızın iki aparıcı müdafiəçisi yox idi. Rəşad və Aqolli oynamırdı. Komandanın yorğunluğunu da səbəb kimi göstərmək olar. Biz indi vəziyyətdən çıxış yolları barədə düşünürük. İnşallah, tezliklə "qara zolaq"dan çıxacağıq.
 
- "Qarabağ"ı bu vəziyyətdən çıxarmaq üçün nə kimi tədbirlər düşünürsünüz?
- Komanda ilə bağlı bütün məsuliyyət Qurban müəllimə aiddi və əsas söz sahibi odur. Onun məsləhət bildiyi işləri biz həyata keçirəcəyik.
 
- Oyunlara baxanda açıq-aydın görünür ki, komandanın hücum xətinndə problemlər var. Çünki görüş ərzində kifayət qədər 100 faizlik qol imkanları yaranır, ancaq hücumçular bundan istifadə edə bilmirlər.
- Mən komandanın rəhbər heyətindəyəm. Sizin verdiyiniz sual isə texniki heyətlə bağlıdı. Məşqçilər korpusu bu məsələ ilə bağlı lazımı tədbirlər görmək istəsələr, biz onlara qulaq asacağıq. Bu məsələlərdə Qurban müəllim tam səlahiyyətlidi. Bizim işimiz komandada yaranan ehtiyacı ödəməkdi.
 
- Ancaq yəqin razılaşarsınız ki, bütün məsuliyyəti Qurban müəllimin üstünə də atmq düzgün deyil. Gərək baş məşqçinin ixtiyarında kifayət qədər futbolçu olsun ki, o da istifadə edə bilsin.
- Mən bütün səlahiyyətlər Qurban müəllimə aiddir deyərkən, məsuliyyəti onun üstünə atmıram. Əlbəttə, komanda ilə bağlı məsuliyyət ona aiddi. Biz Qurbanovun kim olduğunu, nəyə qadir olduğunu da bilirik və onu sonadək dəstəkliyirik. Ancaq sizin verdiyiniz suallar texniki heyətə aid olduğundan, buna cavab vermək istəmədim. Biz Qurban müəllimin arxasındadyıq. Komanda "altılığ"a düşməsə belə, onunla yola davam etmək niyyətindəyik. Çünki "Qarabağ"ın yaxşı günləri ilə yanaşı, pis günləri də bizə aiddi. Biz güclü bir ailəyik.
 
- Mövsümün əvvəlində qarşıya çempionluq hədəfi qoymuşdunuz. Sizcə, bu cür yüksək məqsəd uğrunda mübarizə aparan bir klubun heyətinə səviyyəli futbolçular qatmaması nə dərəcədə düzgün addım idi?
- Bizim əsas istəyimiz gənclərə şans vermək idi. Digər tərəfdən, biz məşqçilər korpusunun istəklərinə uyğun hərəkət etdik. Bu, məsuliyyətdən qaçmaq deyil. Əgər ortada bir səhv varsa, bu, təkcə Qurban müəllimin yox, bütün "Qarabağ" ailəsinin problemidi. Bunun altından qalxmağa çalışacağıq.
 
- Gənclərə şans vermək istəyinizi bildirdiniz. Amma həmin futbolçular bu gün etimadı doğrultmurlar. Ən azından bunu nəzərə alıb, qışda müəyyən tədbirlər görəcəksiniz.
- İnşallah, belə bir fikrimiz var. Komanda ilə bağlı yekun qərarlarımızı verib, buna uyğun işlərimizi quracağıq.
 
- Sizcə, komanda bu gedişlə çempion ola biləcək?
- Düzdü, qarşımıza çempionluq hədəfi qoymuşuq və bunun da arxasında dururuq. Bundan sonra da bütün oyunlara qələbə əzmi ilə çıxacağıq. Bacardığımız qədər yuxarı qalxacağıq. Çempionluq barədə danışmaq tezdir və ya gecdi də demək istəmirəm. Çünki "Qarabağ" ailəsi istənilən çətinliyi aşmaq iqtidarındadı. Riyazi baxımından liderlə aramızda xal fərqi var. Amma bunu aradan qaldıra bilərik. Düzdü, "Qarabağ"ın əsas məqsədi Azərbaycanı avrokuboklarda təmsil etməkdi. Amma cari mövsüm çempion olmaq istəyirik.
 
- Qış tranfer "pəncərəsi"ndə yeni oyunçuların gəlişi gözlənilir?
- Fasiləyə hələ var. Bu barədə indidən bir söz deyə bilmərəm ki, kim gedib, kim qalacaq. Bildiyiniz kimi, komanda hazırda Ağdamdadı. Oradan Tovuza keçib, sonra Bakıya qayıdacaq. Gələn ayın ortalarında rəhbərliklə hər şeyi müzakirə edəcəyik.