QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” “Bordo” və “Hoffenhaym”ı arxada qoydu (apasport.az)

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların bu ay reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 402 komandanın yer adlığı siyahıda ölkəmizin yeganə təmsilçisi olan “Qarabağ” bu dəfə mövqeyini yaxşılaşdırıb. 5 pillə irəliləyən Ağdam təmsilçisi 298-ci yeri bölüşdürür. Onun şərikləri Anqolanın “Deportivo” və Yaponiyanın “Kaşiva” klublarıdır. Hesabında 70,5 xal olan “Qarabağ” “Böyük beşlik” təmsilçilərindən “Cenoa”, “Katanya” (hər ikisi İtaliya), “Bolton” (İngiltərə), “Hoffenhaym” (Almaniya), “Bordo”nu (Fransa) arxada qoyub.

Qeyd edək ki, siyahıya Çempionlar Liqasının son qalibi olan İspaniyanın “Barselona” klubu 332 xalla başçılıq edir. Onun əzəli rəqibi Madrid “Real”ı 316 xalla 2-dir. İlk üçlüyü 279 xalla Argentinanın “Veles Sarsfild” klubu qapayır.