Filip Ozobiç: "Əsas məsələ son 2 oyuna köklənməkdir"

single-news
24 Noy 2021

Filip Ozobiç: "Əsas məsələ son 2 oyuna köklənməkdir"



Komandamızın yarımmüdafiəçisi Filip Ozobiç UEFA Avropa Konfrans Liqasında "Omoniya" ilə oyundan öncə mətbuat konfransında fikirlərini bildirib:



"Bizi ağır oyun gözləyir. İlk görüşdə 4:1 hesabı ilə qalib gəlsək də, rəqib çox yaxşı komandadır və çox yaxşı oyunçuları var. Qarşıdakı iki matçda maksimum nəticəyə nail olmaq istəyirik. Daha sonra necə olacağını görəcəyik. Əsas məsələ son 2 matça köklənməkdir".
 

Paylaş